Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 May

2021
16:02
İrimiqyaslı müharibə olmayacaq, amma...

“Azərbaycan qarşıdakı 3 həftə ərzində ayıq-sayıq olmalı və sərhədlərinin təhlükəsizliyini qat-qat gücləndirməlidir”- Elxan Şükürlü

44 günlük müharibədə Azərbaycan Ordusunun qələbəsindən sonra Ermənistan tərəfinin həm sərhəddəki təxribatları, həm də revanşist açıqlamaları intensif xarakter alıb. 

Xəbər verildiyi kimi, Ermənistan qondarma iddialardan əl çəkməyərək, Azərbaycan bölmələrinin son bir neçə gündə Kəlbəcər-Gədəbəy-Geqarkunik sərhədləri yaxınlığında atəşkəsi pozması barədə növbəti dəfə yalan məlumat yayıb. Azərbaycan Müdafiə Nazirliyi isə birmənalı şəkildə bəyan edib ki, qarşı tərəf istiqamətində heç bir atəş açılmayıb. Nazirliyin sərəncamında olan məlumata əsasən, erməni hərbi qulluqçusunun ölümü ilə bağlı insident də bədbəxt hadisə nəticəsində baş verib. Bu hadisənin Azərbaycan tərəfi ilə hər hansı bir əlaqəsi yoxdur.

Bununla belə, mayın 27-də səhər saatlarında ordumuzun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən 6 erməni hərbçisi mühasirəyə alınaraq zərərsizləşdirilib və onlar əsir götürülüb. Azərbaycan MN-nin açıqlamasında o da bildirilir ki, sərhəd yaxınlığında Ermənistan silahlı qüvvələrinin tanklar da daxil olmaqla bir neçə döyüş texnikasının cəmləşməsi müşahidə edilib. Görülən tədbirlər nəticəsində onların hərəkətinin qarşısı alınıb.

Narahatlıq doğuran digər bir məqam isə sosial şəbəkələrdə Ermənistan-Azərbaycan sərhədində baş verən insidentin yeni görüntüləri olub. Həmin görüntüdə bir necə gün əvvəl baş verən hadisə zamanı 50-dən çox erməni hərbi qulluqçusunun 5-ə yaxın Azərbaycan hərbçisinə hücum etdiyi müşahidə edilib.  

Yaxşı, bəs izlədiyimiz hadisələr nə dərəcədə təhlükəlidir? Problemin sülh yoluyla həlli imkanları nəzarət altından çıxa, üçüncü Qarabağ savaşına səbəb ola bilərmi? 

Mövcud situasiyanı Faktxəbər-ə dəyərləndirən siyasi şərhçi Elxan Şükürlünün fikrincə, hazırda sərhəddə baş verənlər daha çox idarə olunan bir prosesdir: “Bunun irimiqyaslı müharibəyə keçəcəyini düşünmürəm. Çünki irimiqyaslı müharibə üçün qorxmuş və parçalanmış Ermənistanın resursları yoxdur, yeni əməliyytlar onlar üçün daha böyük itkilərlə nəticələnə bilər. Üstəlik, irimiqyaslı müharibənin başlamasında tərəflər arasında atəşkəsi təmin edən Rusiya da maraqlı deyil. Rusiya yaxşı bilir ki, yeni irimiqyaslı hərbi əməliyyatlar vəziyyətin nəzarətdən çıxmasıyla nəticələnə bilər və onun sülhü təkbaşına təmin edə bilmədiyi təəssüratı yaranar, tərəflər Qərbin hərbi qüvvələrinin bölgəyə gəlişinə çağırışlar edər. Bu səbəbdən, düşünürəm ki, hazırda Ermənistan-Azərbaycan sərhədində gərginlik iki məqsədə bağlıdır. Birincisi, iyunun 20-də Ermənistanda keçirilən seçkilərlə bağlıdır. Həmin seçkilərdə Paşinyanın rəqibləri onu Ermənistanı məğlubiyyətə aparmaqda, təslimçi sazişə getməkdə və ölkə sərhədlərini qoruya bilməməkdə suçlayırlar. Paşinyanın əsas rəqibləri Koçaryanın başçılıq etdiyi millətçi-revanşistləridr və onlar da orduda çox güclü olan əlaqələrindən istifadə etməklə, qəsdən sərhəddə gərginlik yaradarlar ki, onun mövqeyi zəifləsin və revanşistlərə cəmiyyətdə dəstək olsun. Hətta sərhəddəki gərginliyi əsas götürüb seçkilərin təxirə salınmasını tələb edənlər də var. İkincisi, ola da bilsin ki, Paşinyan özü Azərbaycanla sərhəddəki gərginliyin yaranmasında və məsələnin iyunun 16-da planlaşdırılan Bayden-Putin görüşündə müzkirəsinə nail olmaq məqsədiylə belə addımların atılmasına göstəriş verib. Çünki məsələ şişəcəksə, ABŞ və Rusiya peizdentləri səviyyəsində problemin sülh yoluyla həllinə dəstək veriləcəksə, bu halda Paşinyan udmuş olacaq və seçkidən sonra hər iki gücün dəstəyini almaqla arxayın şəkildə Azərbaycanla sülh sazişini imzalamağa gedəcək”. 

Müsahibimiz əlavə etdi ki, ola bilsin, Azərbaycanla Ermənistan arasında sülh prosesini istəməyən tamamilə başqa qüvvələr bu gərginliyin yaradılmasında maraqlıdırlar: “Yəqin ki, dünən gecə (27 may-red.) tutulan diversantların dindirilməsi zamanı səhih məlumatlar əldə ediləcək.

İstənilən halda, mən hesab edirəm ki, Azərbaycan qarşıdakı 3 həftə ərzində ayıq-sayıq olmalı və sərhədlərinin təhlükəsizliyini qat-qat gücləndirməli, eyni zamanda ölkənin xəbər məkanını dezinformasiyalardan qorumağı bacarmalıdır”.

Məqalədə : Elxan Şükürlü 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan ABŞ-a yeni səfir təyin edib

26

İyul
15:04
SİYASƏT
150

Sabahın hava proqnozu açıqlanıb

26

İyul
13:20
ÖLKƏ
147
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-07-2021 17:16





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru