Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 İyun

2021
12:05
Əraqçi: `Heyətlər məsləhətləşmələr üçün ölkələrinə qayıda bilərlər`

İranın Xarici İşlər Nazirliyinin Siyasi Məsələlər üzrə müavini və İran nümayəndə heyətinin başçısı Abbas Əraqçi Avstriya paytaxtı Vyana şəhərində 4+1 dövlətləri arasında nüvə sazişinə qayıtmaq və İrana qarşı sanksiyaların ləğvi ilə bağlı müzakirələr aparan heyətlərin məsləhətləşmələr üçün ölkələrinə qayıda biləcəyini söyləyib.

Bu barədə İRNA xəbər verir. 

Müavin bu danışıqlar turunda hər hansı bir nəticə əldə edilməsindən əmin olmadığını vurğulayıb. 

Əraqçi onu da əlavə edib ki, heyətlər əlavə məsləhətləşmələr üçün ölkələrinə qayıda bilərlər, lakin hələlik bununla bağlı son qərar verilməyib.

"Rusiya və Çin arasında yaxşı koordinasiyamız var. Üç Avropa ölkəsi ilə başqa dördtərəfli görüşümüz oldu. Ekspert görüşləri də  davam etməkdədir", - Abbas Əraqçi qeyd edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda güclü külək əsəcək

27

İyul
13:25
ÖLKƏ
567

ARDNF-in aktivləri 44 milyard dolları keçib

27

İyul
12:55
İQTİSADİYYAT
510

Ötən gün 2218 nəfər toylara buraxılmayıb

27

İyul
11:25
HÜQUQ,HADİSƏ
590
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-07-2021 08:32





  faktx[email protected]

Valyuta.com

Рейтинг@Mail.ru