Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Aprel

2021
18:00
Ramazan ayının 4 adı

Ramazan ayı qəməri ilinin 9-cu ayıdır. Və bu ayı digər aylardan fərqləndirən xüsusiyyətlərdən biri də  onun adının Quranda zikr olunmasıdır.

Ramazan adı Allahın adlarından biri hesab edildiyi üçün “Şəhr” (ay) kəlməsi ilə işlənilməlidir.   

Allahın ayı (Şəhrul-lah) 

Məhz bu ayda göyün qapıları insanların üzünə açıldığı üçün möminlər daha çox ibadət edərək öz imanını, əxlaqını və saleh əməllərini artırırlar. Ramazan ayı yerlə-göyün arasında əlaqə yaradır. Məsumların kəlamlarında da Ramazan ayı “Allahın ayı” kimi zikr edilib.  İslam Peyğəmbəri (s) buyurub: “Ramazan ayı Allahın ayıdır. Bu ayda yaxşı işlərin savabı birə min artır. 

Həmçinin İmam Səccad (ə) Ramazan ayı ilə vida duasında belə buyurub: “Salam olsun sənə, ey Allahın ayı”.

İmam Sadiq (ə) isə belə buyurub: “Ramazan ayı Allahın ayıdır. Bu ayda çoxlu “lə iləhə iləllah”, “Allahu Əkbər”, “Əlhəmdu lillah” və “Subhanallah” zikrini deyin.

Səbir ayı

Həmçinin məsumlar Ramazan ayını “Səbir ayı” da adlandırıb. Necə ki, İslam Peyğəmbəri buyurub: “Ramazan ayı səbir ayıdır. Səbrin mükafatı isə behiştdir”.

İmam Əli (ə) buyurub: “Səbir ayında (Ramazan ayı) və hər ay 3 gün oruc tutmaq qəlbdən qəm-qüssəni və vəsvəsəni aradan aparar. 

Həmçinin əllamə Təbatəbayi yazır ki, İslam Peyğəmbəri hər vaxt qəmgin olanda oruc tutardı. 

Ümumiyyətlə dində səbir bədəndə baş kimidir. Necə ki, başsız bədəni təsəvvür etmək mümkün deyil səbirsiz də dini təsəvvür etmək qeyri-mümkündür.    Ramazan ayında  insan yeməkdən, içməkdən və  şəhvətdən uzaq olaraq iradəsini gücləndirir. Belə olan halda həyatın müxtəlif çətinliklərinə dözmək daha asan olur.  Bir sözlə, Ramazan ayı səbirliyə qovuşmaq ayıdır.

Təmizlik ayı

İmam Səccad (ə) öz duasında Ramazan ayını “Təharət ayı” (Təmizlik ayı) adlandırıb.  Ramazan ayı paklıq ayıdır.  Həm özü pakdır, həm də ki, insanları paklandırır. 

İmam Əli (ə) buyurub: “Mübarək ayda bu duanı oxuyun: “Allahım, bu ayın xeyrini və paklığını mənə nəsib et.””

Bərəkət ayı

İslam Peyğəmbəri (s) Ramazan ayını vəsf edərək belə buyurub: “Ramazan ayı Allahın ayı və  bərəkət ayıdır”.

Digər yerdə isə belə buyurub: “Ramazan ayı mübarək aydır. Bu ayda uca Allah behiştin qapısını açaraq Şeytanın qollarını bağlayıb”.  

Həmçinin İmam Sadiq (ə) Ramazan ayı gələndə Peyğəmbərdən belə buyurduğunu deyib: “Allahım, bizlərə bu mübarək ayının bərəkətini nəsib et!”

Məqalədə : Ramazan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ceyhun Bayramov Türkiyəyə səfərə gedib

17

İyun
14:29
SİYASƏT
200

Sabahın hava proqnozu

17

İyun
13:24
ÖLKƏ
226

Boko-Haram-ın yeni lideri məlum oldu

17

İyun
12:15
DÜNYA
207

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb

17

İyun
10:54
İQTİSADİYYAT
317
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2021 00:32





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru