Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 İyun

2020
11:55
Onkoloji xəstəlikdən ölən şəxsə COVID-19 diaqnozu qoymaq istəyiblər?

Bakıda ölən şəxsin yaxınları həkimlərin ona COVID-19 diaqnozu qoymasına etiraz edib. Bu barədə videogörüntü sosial şəbəkədə paylaşılıb.

Görüntülərdə ölən şəxsin yaxınları onun koronavirusdan yox, uzun illər əziyyət çəkdiyi onkoloji xəstəlikdən öldüyünü deyir.

Təcili Tibbi Yardımın həkimi ilə söhbət edən şəxslər iddia edir ki, həkim ölən xəstəyə heç bir səbəb olmadan COVID-19 diaqnozu qoymaq istəyir.

Təcili tibbi yardım həkimi isə vətəndaşa məsələ ilə bağlı xəstəxana ilə məsləhətləşməli olduğunu deyir. Həkim xəstə yaxınları ilə söhbətində ölən şəxsin onkoloji xəstə olduğu halda, təcili yardımı hərarət simptomları ilə çağırmalarını irad tutub.

Belə olan halda iki məqam qaranlıq qalır. Əgər vətəndaş təcili tibbi yardıma qızdırma ilə çağırış veribsə, tibb işçiləri nə üçün xüsusi geyimdə gəlməyiblər? Əgər qızdırma ilə çağırış olmayıbsa, xəstəyə nə üçün koronavirus diaqnozu qoymaq istəyiblər?

Məsələ ilə bağlı ətraflı məlumat almaq üçün “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva ilə əlaqə saxladıq. O bildirib ki, məsələ aidiyyəti üzrə araşdırılıb və vətəndaşın iddiaları əsassızdır:

“Görüntülər Bakıda çəkilib. Vətəndaş tərəfindən Təcili Tibbi Yardımın 103 “Çağrı Mərkəzi”nə müraciət daxil olan zaman qızdırma ilə bağlı simptom deyilməyib. Yəni COVID-19 çağırışı olmayıb. Bu səbəbdən də normal çağırışlara xüsusi geyimdə gedilmir. Hazırda isə pandemiya dövrü ilə əlaqədar istənilən səbəbdən ölən şəxsdən COVID-19 testi götürülür.

Həkimlər təlimat üzrə ölən şəxsdən COVID-19 testi götürülməsinin lazım olduğunu ailə yaxınlarına izah etməyə çalışırlar. Sadəcə olaraq, ölən şəxsin ailə yaxınları yanlış başa düşüb.

Heç kim ölən şəxsin onkoloji xəstə olduğunu inkar etmir. Amma COVID-19 analizi götürməlidir, çünki paralel xəstəliklərlə müşahidə olunduğuna dair hallarla rastlaşmışıq.

Ölən şəxslərdən COVID-19-a qarşı test götürülməsi məcburidir. Nəticələr də artıq çıxıb. Şəxsin analiz nəticələri mənfi (neqativ) olub. Vətəndaşlardan bu kimi hallarda anlayışlı olmaları xahiş olunur”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
185

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
190

Sabah hava buludlu olacaq

07

May
13:38
ÖLKƏ
215
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-05-2021 20:37





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru