Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Yanvar

2020
14:09
Konstitusiya Məhkəməsi: Ölən şəxsin Fərhad Abdullayevlə heç bir qohumluğu yoxdur

Konstitusiya Məhkəməsi: Ölən şəxsin Fərhad Abdullayevlə heç bir qohumluğu yoxdur

Bəzi mətbuat orqanlarında Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin qardaşı oğlunun öldürülməsi ilə bağlı məlumat yayılıb.

Məlumatda bildirilir ki, müəmmalı ölən Cavid Abdullayev Fərhad Abdullayevin doğma qardaşının oğludur.

Konstitusiya Məhkəməsinin Protokol və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Aslanov məlumatı təkzib edib.

T. Aslanov yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib və ölən şəxsin Fərhad Abdullayevlə heç bir qohumluq əlaqəsinin olmadığını deyib: "Bildirmək istəyirəm ki, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin cəmi 1 qardaşı var. Onun adı Cavad Abdullayevdir, uzun müddət hüquq-mühafizə orqanlarında çalışıb və hazırda təqaüddədir. Cavad Abdullayevin isə 2 oğlu var-Sahib və Rüstəmdir. Hadisədə adları çəkilən şəxslərin isə heç biri Fərhad Abdullayevin qohumu deyil. Yayılan məlumatlar tam əsassızdır".

Xatırladaq ki, bəzi saytlarda aktrisa Pərvin Abıyevanın sevgilisi Murad Abdullayevin qardaşı Cavid Abdullayevin öldürülməsi ilə bağlı məlumatlar yayılıb. Məlumatda bildirilir ki, C.Abdullayev Fərhad Abdullayevin qardaşı oğludur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda güclü külək əsəcək

27

İyul
13:25
ÖLKƏ
562

ARDNF-in aktivləri 44 milyard dolları keçib

27

İyul
12:55
İQTİSADİYYAT
505

Ötən gün 2218 nəfər toylara buraxılmayıb

27

İyul
11:25
HÜQUQ,HADİSƏ
580
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-07-2021 07:16





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru