Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Sentyabr

2021
09:46
“Apple” yeni “iPhone” modellərini təqdim edib - VİDEO

“Apple” özünün illik təqdimat mərasimində yeni “iPhone” modellərini təqdim edib.

Yeni model “iPhone 13” adlandırılıb – “iPhone 13”, gözlənildiyi kimi, həmçinin “iPhone 13 mini”, “iPhone 13 Pro” və “iPhone 13 Pro Max” da işıq üzü görüb.

Şirkətin rəhbəri Tim Kuk yeniliyi şəxsən elan edib. Yeni model xarici görkəminə görə əvvəlki 12-ci seriyaya çox bənzəyir.

Smartfonlar beş yeni rəngdə təqdim olunub, yeni super-suyadavamlı şüşə ilə təchiz edilib, “iPhone 13” və “iPhone 13 mini” modellərində “Super Retina XDR” displeyi yer alıb.

Bütün yeni cihazlarda aparat platforması kimi 5-nanometrlik yeni “Apple Bionic A15” prosessor yerləşdirilib. Şirkət əmin edir ki, yeni “iPhone” təkmilləşdirilmiş ekrana və daha güclü prosessora malikdir, bu isə batareyanın ömrünü artırır.

Əsas yeniliklərdən biri ekran kəsintilərinin azalmasıdır – bu, “FaceID” sisteminin tətbiqindən ilk dəfə baş verir. “iPhone 13” və “iPhone 13 mini” fərqli kamera quruluşuna malikdir – indi onlar diaqonal şəkildə yerləşdirilib.

“iPhone 13 Pro”nun qiyməti 999 dollardan, “iPhone Pro Max”ın qiyməti isə 1099 dollardan başlayır və 128, 256, 512 GB yaddaş həcmləri təklif olunur. İlk dəfə olaraq 1 TB variantı da buraxılacaq.

Şirkət digər “Apple” cihazlarını – “AirPods” qulaqcıqlarını, “Apple Watch Series 7” ağıllı saatlarını və təkmilləşdirilmiş performansa malik yeni “iPad mini”ni də nümayiş etdirib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kinoteatrlar açıla bilər

16

Sentyabr
17:08
ÖLKƏ
146

İran AEBA-nı tənqid edib

16

Sentyabr
16:58
DÜNYA
152

Lənkəranda avtomobil aşıb, ölən və yaralanan var

16

Sentyabr
16:28
HÜQUQ,HADİSƏ
155

Husilər Yəməndə irəliləyib

16

Sentyabr
16:26
DÜNYA
136

Azərbaycanda məhkəmə hakimlərinin stajı artırılır

16

Sentyabr
14:58
HÜQUQ,HADİSƏ
175

Bakıda daha bir küçə əsaslı təmir olunub

16

Sentyabr
14:54
NƏQLİYYAT
175
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-09-2021 23:12





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru