Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Aprel

2021
15:44
Fələstin dünya ictimaiyyətinə çağırış edib

 Fələstin Muxtariyyəti İsrailin nəzarətində olan Qüdsün şərqində parlament və prezident seçkilərinin keçirilməsilə bağlı “Beynəlxalq dördlüyə” müraciət edib.

RT.Arabic xəbər verir ki, bu barədə Fələstinin xarici işlər naziri Riyad əl-Maliki müraciət ünvanlayıb.

Fələstin XİN rəhbəri Rusiya xarici işlər naziri Sergey Lavrova, ABŞ Dövlət katibi Antonio Blinkinə, BMT baş katibi Antonio Quterreşə və Avropa İttifaqının xarici siyasət üzrə ali rəsmisi Cozef Borrelə müraciət ünvanlayıb.

O, müraciətlərdə bu “Beynəlxalq dördlük"dən istəyib ki, İsrailin nəzarətində olan Qüdsün şərqində fələstinlilərin seçkiyə qatılmaları, burada prezident və parlament seçkilərinin keçirilməsi üçün digər işlərin həyata keçirilməsini təmin etsinlər.

Qeyd edək ki, may və iyun aylarının sonlarında Fələstin ərazilərində keçiriləcək parlament və prezident seçkiləri 15 ildən sonra ilk seçkilərdir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
311

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
461
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 04:08





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru