Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Sentyabr

2021
11:47
Əli Əliyev Baş Prokurorluğa çağırılmasından danışdı

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev ötən gün Baş Prokurorluğa dəvət edilməsindən və ona qarşı irəli sürülmüş ifadələrdən danışıb.

Partiya sədri “Osmanqızı TV” yutub kanalında bildirib ki, Baş Prokurorluğa çağırılmağı çox güman ki, onun apardığı siyasi işlə bağlıdır:

“Mən əslində münasibətin bu səviyyəyə çatacağını gözləyirdim. Hakimiyyət son iki ildə bütün vasitələrdən bizə qarşı istifadə etməyə çalışır. Bunu müxtəlif formalarda təzahür edib. Bu iki il ərzində mənim iki feysbuk səhifəm oğurlanıb. İşdən çıxarılmağımla bağlı təzyiqlər edilib. 

Hakimiyyət davranışlarımızdakı prinsipiallıqdan narahat olmağa başlayıb. Təxminən 10 gün əvvəl 20-yə yaxın deputat bizə qarşı danışdı. YAP-ın rayon təşkilatları üzərimizə gəldi. Qondarma müxalifətin başçısının əlinə mətn verdilər, o da çıxıb oxudu. Bizə olmazın iftiralar edildi. Bu da həmin prosesin davamıdır. 

Biz hakimiyyətlə sağlam rəqabət şəklində mövcud olmaq istəyirik. Mən dəvət eləmiş tərəfi (Baş Prokurorluq) heç nədə ittiham edə bilmərəm. Onlar vəzifə sahibidir, onlara gələn tapşırıq əsasında bu iş görülüb. Görüşdə öz vəzifələrini icra edirmiş kimi davrandılar. Amma proses bir-birinə həlqəvari bağlı olduğundan buna qədər olan təzyiqlərin davamı kimi qiymətləndiririk. Açıqlama yayılan ifadələrlə razı olmadığımı onların diqqətinə çatdırmışam. Mən hakimiyyəti belə metodlardan əl çəkməyə çağırıram".

Xatırladaq ki, Baş Prokurorluqda aparılmış araşdırmalarla paytaxtın Yasamal rayon sakini Əli Əliyevin “Youtube” sosial şəbəkəsində çıxışlarında müxtəlif şəxslər barəsində böhtan və təhqir xarakterli ifadələr istifadə etməsi, vətəndaşlara qarşı zorakılıq etməyə yönələn çağırışlar etməsi, internet informasiya resurslarında qanunvericiliklə qadağan olunmuş məlumatlar yerləşdirməsi, həmçinin koronavirus (COVID-19)  pandemiyasına qarşı mübarizə sahəsində dövlət orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin üzərinə kölgə salan, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına yönələn ifadələrə yol verməsi müəyyən edilib. 

Qeyd edilənlərlə əlaqədar Əli Əliyev 22.09.2021-ci il tarixdə Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən, mətbuatda çıxışları zamanı yol verdiyi qanun pozuntularından çəkinməsi, qanunsuz əməllərə davam edəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilib. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİM işçi axtarır, maaş 2500-3700 manatdır

20

Oktyabr
12:57
ELM / TƏHSİL
310

Sabahın hava proqnozu

20

Oktyabr
12:32
ÖLKƏ
177

Azərbaycan nefti bahalaşır

20

Oktyabr
11:45
İQTİSADİYYAT
372

Kabildə güclü partlayış baş verib

20

Oktyabr
11:14
DÜNYA
282

Neftin qiyməti yenidən azalıb

20

Oktyabr
09:46
İQTİSADİYYAT
317

AMB-nin valyuta məzənnələri

20

Oktyabr
09:30
İQTİSADİYYAT
252
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2021 00:58





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru