Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Sentyabr

2021
10:59
Nazirlik: `9 kollec yenidən qurulub, onlardan 8-i universitetlərin nəzdinə verilib`

"Yeni tədris ilində orta ixtisas təhsili pilləsi üçün 142 ixtisas üzrə, ali təhsil pilləsinin bakalavriat səviyyəsi üçün isə 148 ixtisas üzrə tədris proqramı yenilənib".

Bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə çıxışı zamanı deyib.

Şöbə müdiri bildirib ki, təhsil müəssisələrinin optimallaşdırılması nəticəsində 9 kollec yenidən qurulub, onlardan 8-i universitetlərin nəzdinə verilib: "Bu il kadr hazırlığını həyata keçirmək üçün SABAH magistraturası üçün ümumilikdə 540 dövlət sifarişli yer ayrılmışdı. Pandemiya dövründə Gəncə Dövlət universiteti üçün 3 yataqxana binası, Bakı Dövlət Universiteti üçün 1 yataqxana və Azərbaycan Dövlət İqtisadi Universiteti üçün isə 1 tədris binası istifadəyə verilib".

Qeyd edək ki, Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil etdiyi maarifləndirici təlimin ikinci günüdür. Bu gün "Azərbaycan gəncləri üçün xaricdə keyfiyyətli təhsil", "2019-2023 Dövlət Proqramı" üzrə xaricdə doktorantura təhsili", "Peşə təhsili", "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaların tanınması", "Məktəbdə inspeksiyaların aparılması", "Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələri", "İcma əsaslı məktəbəqədər təhsil layihəsi üzrə yeniliklər", "Məktəblinin dostu" layihəsi 2021-2022-ci tədris ilində" mövzularında təqdimatlar olacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİM işçi axtarır, maaş 2500-3700 manatdır

20

Oktyabr
12:57
ELM / TƏHSİL
315

Sabahın hava proqnozu

20

Oktyabr
12:32
ÖLKƏ
182

Azərbaycan nefti bahalaşır

20

Oktyabr
11:45
İQTİSADİYYAT
377

Kabildə güclü partlayış baş verib

20

Oktyabr
11:14
DÜNYA
288

Neftin qiyməti yenidən azalıb

20

Oktyabr
09:46
İQTİSADİYYAT
322

AMB-nin valyuta məzənnələri

20

Oktyabr
09:30
İQTİSADİYYAT
257
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2021 02:13





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru