Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Sentyabr

2021
16:26
Nazim İbrahimov: `Elçin Əliyevi Rövşən Əkbərov qətlə yetirib`

Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Məhkəmənin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Məzahir Şıxəliyevin hüquqi varisi, qardaşı Rafiq Şıxəliyev dindirilib.

O deyib ki, 2001-ci il iyulun 2-də ona zəng gəldiyini, qardaşının Kiyevdə döyüldüyünü və onun tanışı Elçin Əliyevin qətlə yetirildiyini öyrənib:

“Buna görə qardaşım Məzahir polis tərəfindən saxlanıldı və bir neçə gündən sonra sərbəst buraxıldı.

Hadisə günü atamla birlikdə Elçinin valideynlərinin evinə getdik. Elçinin qardaşı İdark bildirdi ki, qardaşını Rövşən Əkbərov öldürüb. Bu işdə hamı Elçin Əkbərovun adını hallandırırdı".

Daha sonra şahid qismində Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimov ifadə verib.

O, R.Əkbərovu general kimi tanıdığını, lakin münasibətlərinin olmadığını bildirib:

“Mərhum Elçin Əliyevi 1994-cü ildən tanımışam, həmin vaxtlar özüm də Kiyevdə sahibkarlıqla məşğul olmuşam. Elçin Əliyevlə münasibətim yaxşı olub, ailəvi dostluq etmişik. 1997-ci ildə Ukraynaya səfir vəzifəsinə təyin edildim. 2000-ci ilin avqustunda Milli Məclisə keçirilən seçkilərilə bağlı Bakıya qayıtdım və 1 iyun 2001-ci ilədək Kiyev şəhərinə getmədim. 2001-ci ilin iyulun 1-də Elçin Əliyevin Kiyevdə qətlə yetirildiyini eşitdim. Sonra Elçin Əliyevin ailəsi ilə danışdım. Onun nəşinin Azərbaycana gətirilməsini üzərimə götürdüm. Elçin Əliyevin biznes ortağı, səfir olan dövrdə tanıdığım Səməd Novruzovla birgə Ukraynaya getdik. Ekspert həkim Elçinin ürəyindən bıçaqlandığını söylədi. Milis idarəsində Elçinlə əlaqəsi olan şəxslər dindirilirdi.

Kiyevdə olduğum müddətdə Qüdrət Əhmədov mənimlə əlaqə saxlayıb, general Rövşən Əkbərovun görüşmək istədiyini söylədi, mən də razılaşdım. O, “Dnepr” otelin foyesinə gəldi. Həmin vaxt Rövşən Əkbərov tək deyildi, yanında Qüdrət Əhmədov da var idi. Orada Rövşən Əkbərova dedim ki, hamı bu qətlin sənin tərəfindən törədildiyini danışır. O, Məzahiri yumruqla, Elçini isə bıçaqla vurduğunu bildirdi. Baş verən hadisəni mənə Rövşən Əkbərov tam danışdı. Bizim yanımızda Qüdrət Əhmədov olub və o da bizim bu söhbətimizi eşidib. Bundan sonra Rövşən Əkbərovla heç vaxt rastlaşmamışıq, onunla heç bir görüşümüz olmayıb. Növbəti gün də Elçin Əliyevi Azərbaycana gətirdik”.

Daha sonra N.İbrahimov 2021-ci ilin yanvarında istintaqa verdiyi ifadəsini təsdiqləyib. O, 2003-cü ildə verdiyi ifadəsini xatırlamadığını bildirib.

R.Əkbərovun vəkilləri N. İbrahimovun 2003-cü ildə istintaqa verdiyi ifadəsinin elan olunmasını istəyiblər.

N.İbrahimov söyləyib ki, hamı E.Əliyevin qətlə yetirilməsində R.Əkbırovun günahı olduğunu danışıb.

Bu vaxt N.İbrahimovla R.Əkbərovun arasında mübahisə yaranıb. Mübahisə zamanı R.Əkbərov keçmiş komitə rəhbərini təhqir edib.

Növbəti proses sentyabrın 8-də davam edəcək.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Məqalədə : Rövşən Əkbərov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİM işçi axtarır, maaş 2500-3700 manatdır

20

Oktyabr
12:57
ELM / TƏHSİL
279

Sabahın hava proqnozu

20

Oktyabr
12:32
ÖLKƏ
155

Azərbaycan nefti bahalaşır

20

Oktyabr
11:45
İQTİSADİYYAT
355

Kabildə güclü partlayış baş verib

20

Oktyabr
11:14
DÜNYA
265

Neftin qiyməti yenidən azalıb

20

Oktyabr
09:46
İQTİSADİYYAT
295

AMB-nin valyuta məzənnələri

20

Oktyabr
09:30
İQTİSADİYYAT
235
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2021 20:53





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru