Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Avqust

2021
12:50
Həkim: `Şəkərli diabet xəstələri mütləq vaksin vurdurmalıdır`

"Vaxtında normal kompensasiya olunmuş diabet xəstələrində COVID-19 xəstəliyidə normal keçirilir, lakin kompensasiya olunmayan, nəzarətsiz şəkərli diabet xəstələri daha ağır və fəsadlarla nəticələnir. Qanda şəkərin kəskin yüksəlməsi diyabetik ketoasidoz, diyabetik nefropatiya, diabetik retinopatiya kimi fəsadlara gətirib çıxarır. Bu səbəbdəndir ki, COVID-19-un ölüm satatistikasında kardiovaskulyar xəstələrdən sonra ikinci yerdə şəkərli diabet xəstələridir".

Bu fikirləri Azərbaycan Tibb Universitetinin l cərrahi xəstəliklər kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Azər Hümmətov deyib.

Onun sözlərinə görə, araşdırmalar göstərir ki, şəkərli diabet xəstələrində riski təyin edən əsas amillər yaşdır, qan şəkərinin və digər yanaşı xəstəliklərin olub-olmamasıdır: "Bu səbəbdən xəstəliyin nəzarətsiz şəkərli diabet xəstələrində daha ciddi şəkildə irəliləyəcəyini söyləyə bilərik. COVID-19 prosesi zamanı, şəkərli diabet xəstələrimizə təcili bir problem olmadığı təqdirdə, gündəlik şəkər müayinələrini təxirə salmalarını tövsiyə edirik. Evdə qan şəkərini daha tez-tez izləmələri, kifayət qədər maye qəbul etmələri və ümumi sağlam qidalanma tövsiyələrinə riayət etmələri çox vacibdir. Pandemiya dövründə xəstələrimizin çoxu öz pəhrizlərinə uyğun qidalanmadıqları üçün çəki artımı ilə birlikdə yüksək şəkər, yüksək xolesterol və yüksək təzyiq görünür. Xəstələrimizə evin içərisində və ya varsa evin bağçasında gündə ən azı 5000 addım atmağı tövsiyə edirik. Gəzinti həm qan şəkərinin tənzimlənməsini, həm də çəki nəzarətini və psixoloji sağlamlığı təmin edəcək. Pandemiya zamanı dərmanlarını kəsməmələrini və mütəmadi olaraq istifadə etmələrini tövsiyə edirik. Şəkərli diabet xəstələri mütləq qaydada COVID-19 peyvəndi vurdurmalıdır. Özümüzün, əzizlərimizin, doğmalarımızın həyatını riskə atmaq istəmiriksə, qızıl qaydalara əməl etməli və vaksinasiyada iştirak etməliyik".(Report)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Maduro İrana gedir

18

Oktyabr
14:22
DÜNYA
235

Sabah dağlıq ərazilərə qar yağacaq

18

Oktyabr
12:46
ÖLKƏ
248

Bərdədə sabiq bələdiyyə sədri həbs edilib

18

Oktyabr
11:00
HÜQUQ,HADİSƏ
421

Neftin qiyməti artıb

18

Oktyabr
09:56
İQTİSADİYYAT
351

AMB-nin valyuta məzənnələri

18

Oktyabr
09:30
İQTİSADİYYAT
318
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2021 01:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru