Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Avqust

2021
12:28
İbrahim Rəisi: `Bizim təcili və qısamüddətli bir planımız var`

Bu gün İranən yeni prezidenti seyyid İbrahim Rəisinin vəzifəsinə başlaması ilə əlaqədar mərasim keçirilib.

Bu barədə FarsNews agentliyi məlumat yayıb. 

Mərasimdə xalqa müraciət edən prezident deyib: “28-Xordad seçkilərinin mesajı mövcud vəziyyəti dəyişdirməkdən ibarətdir. Xalq bu seçkilərdən və hökumətdən istəyir ki, mövcud iqtisadi vəziyyətə və infilyasiyaya son qoyulsun. Sanksiyaların ləğv edilməsi əsas işlərimizdən biridir. Lakin xalqın süfrəsini əcnəbilərdən asılı hala gətirməyəcəyik.”

Daha sonra Rəisi öz əsas prioritetlərini açıqlayıb:

“Bizim təcili və qısamüddətli bir planımız mövcuddur. Mən xalqı əmin edirəm ki, məsələlər çox yaxşı araşdırılıb və planlar nəzərdə tutulub. Bu planlar dərhal həyata keçiriləcək. Biz hökmən sanksiyaların qaldırılması ilə məşğul olacağıq.”

O əlavə edib:

“İndi xalq bu seçkilərə qatılmaqla iqtisadi, ictimai və mədəni problemlərin həllini tələb edirlər. Xalq hökumətdən istəyir ki, ədaləti bərpa etsin, korrupsiya ilə mübarizə aparsın, inzibati işlərdə qeyri-sağlam əlaqələrə və rüşfətxorluq kimi İslam İnqilabının dəyərlərilə ziddiyyət təşkil edən nə varsa onlara son qoysun.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Taliban Rusiyaya müraciət edib

24

Sentyabr
12:59
DÜNYA
30

İlham Əliyev İraqın neft nazirini qəbul edib

24

Sentyabr
12:16
SİYASƏT
115

Azərbaycan nefti bahalaşdı

24

Sentyabr
11:56
DÜNYA
140

AMB-nin valyuta məzənnələri

24

Sentyabr
09:59
İQTİSADİYYAT
256

Ceyhun Bayramov ATƏT sədri ilə görüşüb

23

Sentyabr
14:45
SİYASƏT
490
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2021 13:10





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru