Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Avqust

2021
14:23
Azərbaycan yanğınsöndürənlərinin növbəti qrupu Ordu əyalətinə çatıb

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu qardaş Türkiyədə yanğınların baş verdiyi ərazilərə doğru istiqamət edir.

Quru yolla qardaş ölkəyə gedən Azərbaycan FHN əməkdaşları hazırda Ordu ərazisinə daxil olub.

Burada FHN əməkdaşlarını rəsmi şəxslərlə yanaşı, yerli sakinlər qarşılayıblar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələrinin 100 nəfər əməkdaşından ibarət ilk qrup iyulun 30-da Türkiyə Respublikasına yola düşüb.

İyulun 31-də isə Türkiyəyə daha bir qrup yola düşüb. Bu yanğın-xilasetmə qrupuna 1 ədəd helikopter, 54 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikaları, 252 nəfər yanğınsöndürən və xilasedici daxildir.(Report)

Məqalədə : Azərbaycan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DYP sürücülərə müraciət edib

27

Sentyabr
16:13
NƏQLİYYAT
105

Ərbəin gününün məxsusiliyi nədədir?

27

Sentyabr
11:34
MƏNƏVİYYAT
270
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-09-2021 17:07





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru