Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 İyul

2021
15:15
YAP deputatın polisi döyməsinə münasibət bildirib

Yeni Azərbaycan Partiyası (YAP) iyulun 29-da Xaçmaz rayonunda Milli Məclisin deputatı Eldəniz Səlimovun Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirməsinə münasibət bildirib.

Partiya baş vermiş hadisədən təəssüf hissi keçirir.

"Faktla bağlı hüquq-mühafizə orqanlarında aşardırmalara başlanılıb, məsələyə hüquqi qiymət verildikdən sonra münasibət bildiriləcək", - partiyadan vurğulanıb.

Xatırladaq ki, insident iyulun 29-da gecə saat 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində deputat Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində qeydə alınıb. E.Səlimov karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Bu fakt üzrə Daxili İşlər Nazirliyi tərəfindən araşdırma aparılıb və materiallar araşdırılması üçün Baş Prokurorluğunun İstintaq İdarəsinə göndərilib.(Report)

Məqalədə : YAP 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DYP sürücülərə müraciət edib

27

Sentyabr
16:13
NƏQLİYYAT
258

Ərbəin gününün məxsusiliyi nədədir?

27

Sentyabr
11:34
MƏNƏVİYYAT
395
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-09-2021 02:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru