Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 İyul

2021
10:13
Azərbaycan İslam Partiyası xalqımızı təbrik etdi

AİP İslam dininin tarixində ən möhtəşəm və unudulmaz gün sayılan Qədir-Xum bayramı münasibətilə Azərbaycan xalqını, dünyanın bütün Əhli-beyt(ə) sevərlərini təbrik etdi. Qurumun Mətbuat Xidmətindən  portalımıza daxil olan təbrik müraciətində deyilir:

“Əziz həmvətənlərimiz, qardaş və bacılar, İslam dünyasının Əhli-beyt(ə) aşiqləri! Sizləri İslam dininin tarixində unudulmaz və ən möhtəşəm gün sayılan, hər il milyonların intizarla gözlədiyi Qədir-Xum bayramı münasibətilə başda İmam Zaman (ə.f) olmaqla səmimi qəlbdən təbrik edirirk. Dünyanın hər yerində Allahın əmri və  əziz Peyğəmbərimizə nazil etdiyi vəhy ilə sönməz Vilayət və İmamət günəşinin doğum günü kimi qeyd olinan Qədir-Xum bayramı bütün müsəlmanlar üçün olduqca dəyərlidir. Bu gün müqəddəs İslam dininin bütövlüyünü, tamlığını və qiyamətə qədər bəşəriyyəti düzgün istiqamətə yönəltməyi şərtləndirən və fəlsəfi məzmununda İslam dininin özü qədər dəyərli əlamətlər daşıyan bir bayram, həqiqətən unudulmaz bir gündür. Məhz bu fəlsəfi əhəmiyyətinə görədir ki, dünyanın həqiqi müsəlmanları hər il Zilhiccə ayının 18-də dünyanın hər yerində bu günü əziz bayram kimi geniş qeyd edirlər.

 Mahiyyət etibarı ilə Qədir-Xum günü Allahın əziz Peyğəmbərimizə(s.ə) nazil etdiyi vəhylə  sübut olunur  ki, bu gün dinin kamilləşdiyi, nemətlərin tamamlandığı, Həzrət Əli(ə)-ın Allahın vəlisi, Peyğəmbərin davamçısı-vəsisi  və xilafətin rəhbəri olduğu gündür. Bu gün həm də kafir və münafiqlərin ümidlərini puç edən, müşrik dəstələrin  mənəvi tənəzzülünü göstərən bir gündür. Onlar nə qədər kəc və zalım olsalar da  bu günü inkar edənlər, fitnəkarlar Allahın göndərdiyi və qoruduğu neməti sonadək aradan apara bilməyəcəklər. 

Əziz qardaş və bacılar, sizləri bir daha müqəddəs və unudulmaz Qədir-Xum bayramı münasibətilə təbrik edir, Quranı, Əhli-beyti(ə) sizlər üçün ən dəyərli nemət qərar verən Allahdan hamınıza  can sağlığı, bu nemətlərdən sizləri uzaq salmamağı diləyirik. Bayramınız mübarək olsun!”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DYP sürücülərə müraciət edib

27

Sentyabr
16:13
NƏQLİYYAT
55

Ərbəin gününün məxsusiliyi nədədir?

27

Sentyabr
11:34
MƏNƏVİYYAT
265

İlham Əliyev xalqa müraciət etdi - VİDEO

27

Sentyabr
10:25
SİYASƏT
393

Taliban İŞİD liderini öldürüb

27

Sentyabr
10:15
DÜNYA
382
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-09-2021 16:33





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru