Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 İyul

2021
12:39
Gəncədə `patı` satan şəxslər saxlanıldı

Gəncədə narkotik satmaqda və saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Dİn Mətbuat xidmətinin Gəncə regional qrupundan FaktXəbər-ə verilən məlumata görə, şəhər sakini İbrahim Qasımov Gəncə ŞBPİ Cinayət Axtarışı İdarəsinin əməkdaşları saxlanıllb, onun üzərinə baxış keçirilən zaman narkotik maddə olan “metamfetamin” aşkar edilərək götürülüb.

Dindirilmə zamanı saxlanılan şəxs narkotik maddəni 35 manata İlkin adlı şəxsdən aldığını bildirib. Əvvəllər məhkum olunmuş İlkin Mahmudov da saxlanılıb. O, İ.Qasımova narkotik maddə satdığını, özü isə Hüseyn adlı şəxsdən aldığını etiraf edib.

Hüseyn Fərman oğlunun yeri müəyyən edilərək saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman “metamfetamin” aşkar edilərək götürülüb.

Bundan başqa Kəpəz RPİ əməkdaşları tərəfindən şəhər sakini Ramiz Musayev saxlanılıb. Həmin şəxsin üzərindən qanunsuz olaraq “heroin” aşkar edilərək götürülüb.

Aşkar edilən faktlara üzrə cinayət işləri başlanılıb, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə : Gəncə patı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DYP sürücülərə müraciət edib

27

Sentyabr
16:13
NƏQLİYYAT
283

Ərbəin gününün məxsusiliyi nədədir?

27

Sentyabr
11:34
MƏNƏVİYYAT
401
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-09-2021 03:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru