Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 İyul

2021
16:35
Sahil Babayev: `Serbiya Zəngəzur dəhlizindən faydalanmaqda maraqlıdır`

“Naxçıvan MR-nı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək Zəngəzur dəhlizi regionun inkişafı üçün geniş imkanlar açacaq. Prezident İlham Əliyev bu dəhlizin tezliklə açılacağını elan edib”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün Bakıda keçirilmiş Azərbaycan-Serbiya biznes forumunun bağlanış mərasimində bildirib.

“Zəngəzur dəhlizi biznes fəaliyyəti üçün böyük potensial deməkdir. Bu dəhliz Ermənistan üçün də faydalı olacaq. Əgər onlar bu istiqamətdə düzgün qərar qəbul edə bilsələr, dəhlizdən faydalanacaqlar. Çünki Zəngəzur dəhlizi Şimalla Cənubu, Şərqlə Qərbi birləşdirəcək”, - deyə o qeyd edib.

Bundan başqa, nazir bildirib ki, Serbiya Zəngəzur dəhlizinin açılmasında çox maraqlıdır: "Bu dəhliz nəqliyyat-logistika baxımından regionda böyük dəyişikliklərə səbəb olacaq, yeni imkanlar, perspektivlər açacaq. Serbiya da bu imkanlardan bəhrələnməkdə maraqlıdır".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İlham Əliyev İraqın neft nazirini qəbul edib

24

Sentyabr
13:43
İQTİSADİYYAT
70

Taliban Rusiyaya müraciət edib

24

Sentyabr
12:59
DÜNYA
120

İlham Əliyev İraqın neft nazirini qəbul edib

24

Sentyabr
12:16
SİYASƏT
141

Azərbaycan nefti bahalaşdı

24

Sentyabr
11:56
DÜNYA
170

AMB-nin valyuta məzənnələri

24

Sentyabr
09:59
İQTİSADİYYAT
286

Ceyhun Bayramov ATƏT sədri ilə görüşüb

23

Sentyabr
14:45
SİYASƏT
500
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2021 13:59





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru