Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 İyul

2021
13:45
Nazirlik: Müəllim olmaq istəyən bəzi namizədlərə əlavə ballar veriləcək

"İyulun 5-dən etibarən baş tutmuş müəllimlərin işə qəbulu müsabiqəsinin imtahan mərhələsində istifadə edilmiş sualların elmi-statistik təhlili aparılıb. Aparılan elmi-statistik tədqiqat çərçivəsində müxtəlif fənlər üzrə 5 040 test tapşırığı əhatə olunmaqla sualların məzmun xüsusiyyətləri, çətinlik dərəcəsi, diskriminasiya əmsalı təhlil edilib".

Bu barədə Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, iyulun 12-də keçirilən ibtidai sinif, 23 və 26 iyulda keçirilən Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə seanslarda istifadə edilən test tapşırıqlarının bu fənlər üzrə digər tarixlərdə keçirilən seanslarda istifadə edilən test tapşırıqlarından çətinlik dərəcəsinə görə fərqləndiyi müəyyən edilib: "Bu seanslarda texniki xüsusiyyətləri baxımından fərqlənən test tapşırıqlarına görə namizədlərə əlavə ballar veriləcək. Qeyd edilən tarixlərdə imtahanlarda iştirak edən namizədlər üçün təkrar imtahan imkanı da yaradılacaq. İmtahanlarda iştirak könüllü xarakter daşıyır. Təkrar olaraq imtahanlarda iştirak edən namizədlərin vakansiya seçimi mərhələsində son imtahan nəticəsi nəzərə alınacaq. Müəllimlərin işə qəbulu müsabiqəsində ədalətli rəqabət mühitinin qorunub saxlanılması Təhsil Nazirliyinin əsas məqsədidir".

Qeyd edək ki, təkrar imtahan vermək arzusunda olan namizədlər 28 iyul saat 11:00-dan 30 iyul saat 23:59-dək şəxsi səhifəyə daxil olaraq “müraciət et” butonuna klikləməklə qeydiyyatdan keçərək təkrar imtahanda iştirak edə bilər

Məqalədə : Təhsil Nazirliyi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Taliban Rusiyaya müraciət edib

24

Sentyabr
12:59
DÜNYA
90

İlham Əliyev İraqın neft nazirini qəbul edib

24

Sentyabr
12:16
SİYASƏT
131

Azərbaycan nefti bahalaşdı

24

Sentyabr
11:56
DÜNYA
145

AMB-nin valyuta məzənnələri

24

Sentyabr
09:59
İQTİSADİYYAT
271

Ceyhun Bayramov ATƏT sədri ilə görüşüb

23

Sentyabr
14:45
SİYASƏT
495
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2021 13:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru