Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 İyul

2021
14:45
İran Hörmüz boğazından yan keçən boru kəmərinin açılışını edib

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi kimi İran da neftinin ixracını Hörmüz boğazından keçmədən təmin edib. İran, bu layihəni Hörmüzün şərq sahillərinə boru çəkməklə reallaşdırıb.

İran mətbuatı xəbər verir ki, bu gün İranın prezidenti Həsən Ruhaninin iştirakı ilə Guruh-Casək neft boru kəmərinin açılışı olub.

Min km-lik boru kəmərinin açılışında çıxış edən neft naziri Bijən Zəngənə bildirib ki, ölkənin neft sənayesinin tarixində ilk dəfə olaraq və bu gündən başlayaraq neft Fars Körfəzindən deyil, İranın Oman dənizindəki sahillərindən ixrac ediləcək.

Məlumata görə Guruh-Casək boru kəməri günə bir milyon barel nefti nəql və ixrac edəcək.

Bu boru kəməri İranın Buşehr əyalətinin Fars Körfəzi sahilindən başlayır, Fars və Hörmüzqan əyalətlərini keçərək, Oman dənizinin sahilndəki Casək limanına çatır.

Həsən Ruhani bundan öncəki çıxışında sözügedən boru kəmərini Hörmüz boğazının alternativi adlandırmışdı.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kinoteatrlar açıla bilər

16

Sentyabr
17:08
ÖLKƏ
146

İran AEBA-nı tənqid edib

16

Sentyabr
16:58
DÜNYA
152

Lənkəranda avtomobil aşıb, ölən və yaralanan var

16

Sentyabr
16:28
HÜQUQ,HADİSƏ
155

Husilər Yəməndə irəliləyib

16

Sentyabr
16:26
DÜNYA
136

Azərbaycanda məhkəmə hakimlərinin stajı artırılır

16

Sentyabr
14:58
HÜQUQ,HADİSƏ
175

Bakıda daha bir küçə əsaslı təmir olunub

16

Sentyabr
14:54
NƏQLİYYAT
175
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-09-2021 22:27





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru