Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyul

2021
13:41
Əfqanıstan barədə bilmədiklərimiz - XRONOLOGİYA

Səfər etmək arzusunda olduğum üç ölkədən biri Əfqanıstandır. Qarşıdakı illərdə bu unikal ölkədə hələ çox maraqlı və gərgin hadisələr yaşanacaq. Fikirləşdim ki, qısa olaraq tarixindən, adətlərindən, mətbəxindən yazım. Həm də müəyyən təsəvvürümüz olsun Əfqanıstan barədə.

Əfqanıstan haqda ilk məlumatlar eramızdan əvvəl altıncı əsrə təsadüf edir. O zaman bu ərazilər Əhəməni imperiyasının nəzarətində olub. İslama qədər Əfqanıstada yaşayan xalqlar zərdüştiliyə inanırdı, az bir qism bütpərəst idi.

Daha sonra başlayan İsgəndərin yürüşləri nəticəsində hazırkı Əfqanıstan əraziləri Makedoniya İmperiyasının tərkibinə daxil edilir.

Yeddinci əsrin(artıq bizim era) sonlarında Ərəb xilafəti vasitəsi ilə Əfqanıstanda İslam dini yayılır.

Çingizxanın yürüşlərinə qədər Əfqanıstan ərazisi səffarilərin, səmanilərin, qəznəvilərin və xarəzmşahların nəzarətində olub.

Əfqanıstanda yaşayan türkdilli tayfalar Əfqanıstanda 10-cu əsrdən etibarən məskunlaşmağa başlayıb.

Monqol imperiyasının bu ərazilərdə hökmranlığına Əmir Teymur son qoyur və Əfqanıstan Teymurilər dövlətinin(14-cü əsr) tərkibinə daxil edilir.

15-ci əsrdə Şah İsmayılın hakimiyyətə gəlməyi ilə Əfqanıstan Səfəvi imperiyasının tərkibinə keçir. Üç əsr Əfqanıstan İranda hakimiyyətə gələn şahlar tərəfindən idarə edilir.

19-cu əsrdən başlayaraq isə Əfqanıstanda Britaniya İmperiyasının hökmranlığı başlayır.

Əfqanıstan müstəqilliyini 20-ci əsrin 1919-cu ilində əldə edir. Əfqanıstanın müstəqilliyini ilk tanıyan dövlət Sovet Rusiyası olur.

1919-cu ildən 1973-ə qədər Əfqanıstanda monarxiya üsul-idarəsi mövcud olub. 54 illik bu zaman kəsiyində Əfqanıstanın siyasi hakimiyyəti Böyük Britaniyanın təsirində idi.

1973-cü ildə Əfqanıstanda dövlət çevrilişi baş verir. Monarxiya respublika ilə əvəz edilir.

1978-ci il. Sovetlərin dəstəyi ilə Əfqanıstanda çevriliş baş verir. Siyasi hakimiyyət Əfqan kommunistlərin əlinə keçir.

Ölkədə yeni hökumət tərəfindən başladılan sekulyarlaşma Əfqan cəmiyyətində kütləvi etirazlara səbəb olur və vətəndaş müharibəsinin əsasını qoyur.

1979-cu ildə Sovet ordusu Əfqanıstana daxil olur və 10 il davam edən hərbi kampaniya heç bir nəticə vermir.

Məhz bu ərəfədə Əfqanıstan daxilində dini dünyagörüşünə söykənən silahlı birliklər formalaşmağa başlayıb. Bunun nəticəsi olaraq 1994-cü ildə Qəndəhar şəhərində yerləşən mədrəsələrin birində “Taliban” hərəkatı təsis edilir. O zaman “Taliban”ın sıraları əsasən Puştunlardan ibarət idi. Qəbilə formasında mövcud olan puştunlar Əfqanıstan əhalisinin 50 faizini təşkil edir və aparıcı etnos hesab edilir.

Əfqanıstan 1996-2001-cı ilə qədər “Taliban” tərəfindən idarə olunub.

2001-ci ildə ABŞ NATO alyansına daxil olan dövlətlərlə birgə Əfqanıstana ordu yeridir.

20 illik müddət ərzində ABŞ və müttəfiqləri Əfqanıstanda heç bir uğur əldə edə bilmir və Co Baydenin göstərişi ilə 2021-ci ilin avqustun 31-nə qədər ABŞ hərbçiləri Əfqanıstanı tərk etməlidir.

Əfqanıstanın etnik və məzhəb tərkibi zəngindir. Yuxarıda qeyd etdiyimiz kimi, ölkə əhalisinin yarısını və aparıcı etnosunu təşkil edən puştunlar İrandilli xalqdır.

İslamın sünni məzhəbinin hənəfiyyə qoluna aiddirlər. Burada qısa olaraq qeyd edək ki, Türkiyə müsəlmanlarının da əksəriyyəti hənəfidirlər. Puştular arasında son illər sələfi cərəyanın da təsiri geniş yayılıb. Puştunlar adətlərinə bağlı xalqdır, geyim tərzlərini hələ də dəyişməyiblər. Özlərinə məxsus əxlaq, davranış kodeksləri var.

Əfqanıstan ərazisində sayca ikinci ən böyük xalq taciklərdir.

Əfqanıstanda yaşayan türkdilli xalqlar həzaralar, türkmənlər, qızılbaşlar, əfşarlar, özbəklər və qırğızlardır. Türkdilli xalqlar Əfqanıstanın təxminən 10-15 faizini təşkil edir.

Həzarlar Əfqanıstan ərazisinə əsasən Monqol yürüşləri nəticəsində gəliblər.

Türkmənlər və qızılbaşlar Səfəvi hökmdarları tərəfindən, əfşarlar isə Nadir şah dövründə Əfqanıstana köçürülüb.

Əfqanıstanın əhəmiyyətli bir hissəsini dağlıq ərzilər təşkil edir. Ölkənin ən hündür dağ silsiləsi Noşak(7 492 metr) Tacikistan və Pakistanla sərhəddə yerləşir.

Əfqanıstan ərazisindən axan ən böyük çay Amudəryadır. Ölkənin sərt iqlimi var. Qış soyuq, yay fəsli isti keçir. Təbii sərvətləri əsasən daş kömür, qiymətli daşlardan, mərmərdən, duzdan ibarətdir. Neft və təbii qaz mənbələri zəngin deyil.

Və təbii ki, mətbəx!)) Əminliklə iddia edirəm ki, Əfqanıstan mətbəxi dünyada ən zəngin və dadlılardan hesab olunur. Əsasən plov və xəmir xörəklərinə(mantıları müsibətdir) üstünlük verirlər. Özlərinə məxsus şirniyyatları, halvaları, içkiləri var.

Yeri gəlmişkən, yas mərasimində bizdə olduğu kimi, süfrədə mütləq halva olur. Dünyaya yeni gələn uşağın şərəfinə təşkil edilən məclisdə undan hazırlanan quymaq yeyilir. Xalq təbabətinin istiqamətləri çox müxtəlifdir.

Novruz Əfqanıstanın ümümxalq bayramıdır.

P.S. Əfqan atalar sözü: Qanunlar şəlalə kimidir, həmişə aşağıya doğru axır.

Şəhriyar Səmədov

Məqalədə : Əfqanıstan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DYP sürücülərə müraciət edib

27

Sentyabr
16:13
NƏQLİYYAT
75

Ərbəin gününün məxsusiliyi nədədir?

27

Sentyabr
11:34
MƏNƏVİYYAT
265

İlham Əliyev xalqa müraciət etdi - VİDEO

27

Sentyabr
10:25
SİYASƏT
393

Taliban İŞİD liderini öldürüb

27

Sentyabr
10:15
DÜNYA
382
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-09-2021 16:43





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru