Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyul

2021
16:14
Bakıda 12 şadlıq sarayı ilə bağlı cinayət işi açılıb, saxlanılanlar var - VİDEO

Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə bu il iyul ayının 1-dən müəyyən qaydalara əməl olunmaqla toy şənliklərinin keçirilməsinə icazə verilib. Lakin aparılan yoxlamalar nəticəsində bəzi şadlıq saraylarında qeyd olunan qərardan irəli gələn tələblər pozularaq toyların təşkili zamanı "icaze.e-gov.az" portalından qeydiyyatdan keçməməsi, icazə verilən saydan artıq qonağın iştirak etməsi, mərasimlərə qatılan bəzi şəxslərin vaksinasiya olunmalarını təsdiq edən müvafiq sənədin olmaması, eləcə də şənliklərin saat 24:00-dan sonra da davam etməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən FaktXəbər-ə verilən məlumata görə, belə halların qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları Dövlət Vergi Xidməti və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə Bakı şəhərində, eləcə də respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən şadlıq saraylarında müntəzəm olaraq yoxlamalar həyata keçirir. Son 3 gün ərzində paytaxtda yerləşən 300-ə yaxın şadlıq saraylarında analoji yoxlamalar aparılıb. Nəticədə 12 şadlıq sarayında ("Gülüstan", "Golden Baku", "Billur", "Kral", "Aura", "SS Hall", "Ərzurum», «Neon Palace», «Kleopatra», «Sevən ürəklər», «Xan bağı», «Şuşa») xüsusi karantin rejimindən irəli gələn qaydaların pozulması halları müəyyən edildiyindən, hər bir fakt üzrə Cinayət Məcəlləsinin 139-1-ci maddəsilə cinayət işləri başlanılıb, təqsirkar şəxslər saxlanılıblar.

4 şadlıq sarayı və 1 restoranda isə («Yeganə», «Amor», «İdeal», «Retro», «Səda») aşkar edilmiş qayda pozuntularına görə İXM-in 211-ci maddəsilə protokollar tərtib edilərək obyekt sahibləri barəsində inzibati həbs və ya cərimə tətbiq edilib.

Analoji tədbirlər ərazi polis orqanları tərəfindən müvafiq dövlət qurumları ilə birgə respublikanın bütün şəhər və rayonlarında da həyata keçirilir. Belə yoxlamalar nəticəsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 2 şadlıq sarayının sahibi barəsində cinayət işi başlanılıb, 12 obyekt sahibi şübhəli şəxs qismində saxlanılıb, 21 obyekt sahibi inzibati cərimə edilib, 10 fakt üzrə istintaq araşdırması aparılır, vaksinasiya olunmasını təsdiq edən müvafiq sənədi olmayan 423 nəfər isə şadlıq saraylarına buraxılmayıb.

Bu istiqamətdə həyata keçirilən tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyi bir daha toy etməyi planlaşdıran vətəndaşlarımızdan, eləcə də toy şənliklərinin keçiriləcəyi şadlıq sarayı və restoran sahiblərindən təşkil edəcəkləri şənlik mərasimləri zamanı koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən bütün qərarlara, o cümlədən dəvət edilən qonaqların say məhdudiyyətinə, onların vaksinasiya olunmalarını təsdiq edən müvafiq sənədə malik olmaları tələbinə ciddi riayət və nəzarət etməyi xahiş edir. Əks təqdirdə, koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə nəzarəti həyata keçirən polis və digər aidiyyəti qurumlar qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirkar şəxslər barəsində cəza tədbirləri görmək məcburiyyətində qalacaqlar.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kinoteatrlar açıla bilər

16

Sentyabr
17:08
ÖLKƏ
146

İran AEBA-nı tənqid edib

16

Sentyabr
16:58
DÜNYA
152

Lənkəranda avtomobil aşıb, ölən və yaralanan var

16

Sentyabr
16:28
HÜQUQ,HADİSƏ
155

Husilər Yəməndə irəliləyib

16

Sentyabr
16:26
DÜNYA
136

Azərbaycanda məhkəmə hakimlərinin stajı artırılır

16

Sentyabr
14:58
HÜQUQ,HADİSƏ
175

Bakıda daha bir küçə əsaslı təmir olunub

16

Sentyabr
14:54
NƏQLİYYAT
175
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-09-2021 22:43





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru