Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 İyul

2021
15:26
Füzulidə iki nəfər minaya düşüb

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq işğaldan azad olunmuş ərazilərə qanunsuz yollarla ayrı-ayrı şəxslərin keçməyə cəhd göstərmələri hallarına hələ də rast gəlinir ki, belə təhlükəli səfərlər də onların minaya düşərək ya həlak olmaları, ya da ömürlük şikəst qalmaları ilə nəticələnir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Faktxəbər-ə verilən məlumata görə, bu gün- iyulun 8-də Füzuli rayon sakinləri Nuru Nuriyev və Elnur Həşimov nəzarət postlarından kənar qanunsuz yollarla rayonun işğaldan azad edilmiş Aşağı Əbdürəhmanlı kəndi istiqamətində piyada hərəkət edərkən minalanmış ərazidə piyada əleyhinə minaya düşərək ağır bədən xəsarəti alıblar.

Hazırda onların hadisə yerindən təhlükəsiz əraziyə çıxarılması üçün polis əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları və ANAMA-nın mütəxəssisləri tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirlir.

Onu da qeyd edək ki, bu gün minaya düşərək ağır bədən xəsarəti alan Nuru Nuriyev hələ fevral ayında işğaldan azad olunmuş əraziyə keçməyə cəhd göstərərkən polis əməkdaşları tərəfindən saxlanılmış və inzibati qaydada 30 sutka həbs olunub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kinoteatrlar açıla bilər

16

Sentyabr
17:08
ÖLKƏ
151

İran AEBA-nı tənqid edib

16

Sentyabr
16:58
DÜNYA
157

Lənkəranda avtomobil aşıb, ölən və yaralanan var

16

Sentyabr
16:28
HÜQUQ,HADİSƏ
160

Husilər Yəməndə irəliləyib

16

Sentyabr
16:26
DÜNYA
141

Azərbaycanda məhkəmə hakimlərinin stajı artırılır

16

Sentyabr
14:58
HÜQUQ,HADİSƏ
180

Bakıda daha bir küçə əsaslı təmir olunub

16

Sentyabr
14:54
NƏQLİYYAT
180
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-09-2021 23:42





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru