Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 İyul

2021
11:31
Magistraturaya qəbul olunanların sayı açıqlanıb

2021/2022-ci tədris ili üçün ali təhsilin magistratura səviyyəsinə qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, 10350 nəfər ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub.

Qəbul olunanların siyahısı “Magistr” jurnalının 5-ci sayında dərc olunacaq.

Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 14981 bakalavrdan 10350 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 3766 nəfər dövlət sifarişi, 6584 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Onlardan 6790 nəfər ali təhsil müəssisələrinin cari, 3560 nəfər isə əvvəlki illərin məzunudur.

Magistratura səviyyəsinə qəbul olunanların qəbul olduqları ali təhsil müəssisələrindəki qeydiyyatı haqqında DİM-in saytında və sosial şəbəkə hesablarında əlavə məlumat veriləcək.

Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı da elan olunacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Taliban Rusiyaya müraciət edib

24

Sentyabr
12:59
DÜNYA
5

İlham Əliyev İraqın neft nazirini qəbul edib

24

Sentyabr
12:16
SİYASƏT
115

Azərbaycan nefti bahalaşdı

24

Sentyabr
11:56
DÜNYA
140

AMB-nin valyuta məzənnələri

24

Sentyabr
09:59
İQTİSADİYYAT
256

Ceyhun Bayramov ATƏT sədri ilə görüşüb

23

Sentyabr
14:45
SİYASƏT
490
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2021 13:06





  [email protected]mail.com

Valyuta.com

Рейтинг@Mail.ru