Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 İyun

2021
12:42
Yeni prorektor qayınatasını əvəzləyib?

Məlum olduğu kimi, iki gün əvvəl təhsil naziri Emin Əmrullayev Azərbaycan Texniki Universitetinə (AzTU) yeni prorektor təyinatı ilə bağlı əmr imzalayıb. Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsinə Kamran Rəsulov təyin olunub.

Sosial şəbəkələrdə yeni prorektorun daha əvvəl bu vəzifəni icra edən Abuzər Mirzəliyevin kürəkəni olduğu və nazirin qayınatanı kürəkənlə əvəz etdiyi bildirilir. 

“Qafqazinfo” sosial şəbəkələrdə müzakirələrə səbəb olan məlumata aydınlıq gətirmək üçün universitetin mətbuat xidməti ilə əlaqə saxlayıb. AzTU-nun mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, yayılan məlumat yanlışdır:

“Kamran Rəsulov Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsinə təyin olunub. Bundan əvvəl isə həmin vəzifəni Tərbiyə işləri üzrə prorektor İsa Xəlilov icra edib. İsa Xəlilov işdən çıxıb, sonra nazirlik tərəfindən yeni Sosial məsələlər və İctimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsi təsis olunub və ora Kamran Rəsulov təyin olunub.

Abuzər Mirzəliyev isə ay yarım öncə səhhəti ilə əlaqədar öz ərizəsi ilə işdən ayrılıb. Yəqin ki, bu yaxınlarda onun da yerinə təyinat olacaq. Onun tutduğu vəzifə isə İnzibati təsərrüfat işləri üzrə prorektor vəzifəsi idi”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda saxlanılan şəxs polis şöbəsindən qaçdı

04

Avqust
16:49
HÜQUQ,HADİSƏ
513

Prezident Təhsil Nazirliyinə 7 milyon ayırdı

04

Avqust
15:24
İQTİSADİYYAT
565

Müdafiə Nazirliyi məlumat yayıb

04

Avqust
14:57
HƏRB
495

“Azeri Light” nefti ucuzlaşıb

04

Avqust
11:12
İQTİSADİYYAT
696
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-08-2021 22:57





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru