Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 İyun

2021
11:44
Tural Zeynalovun həbsi ilə bağlı daha bir - Açıqlama

Prokurorluq Şəmkir rayonunda “Qala” restoranının sahibi Tural Zeynalovun həbsi ilə bağlı açıqlama yayıb.

Rayon sakini Tural Zeynalov sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu “Qala” restoranında iyunun 22-də saat 14 radələrində “Xüsusi karantin rejiminin tətbiq edilməsinə dair Qaydaları”nın karantin dövründə toy şənliklərinin qadağan olunması barədə tələblərini pozaraq həmin restoranda toy məclisinin keçirilməsini təşkil edib.

Onun qanunsuz hərəkətlərinin qarşısını almağa çalışaraq öz xidməti vəzifəsini icra edən polis əməkdaşı Vüqar Qarayevə yumruqla zərbələr vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə müqavimət göstərib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb. Tural Zeynalov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq davam edir.(qafqazinfo)

Məqalədə : Tural Zeynalov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda saxlanılan şəxs polis şöbəsindən qaçdı

04

Avqust
16:49
HÜQUQ,HADİSƏ
503

Prezident Təhsil Nazirliyinə 7 milyon ayırdı

04

Avqust
15:24
İQTİSADİYYAT
560

Müdafiə Nazirliyi məlumat yayıb

04

Avqust
14:57
HƏRB
490

“Azeri Light” nefti ucuzlaşıb

04

Avqust
11:12
İQTİSADİYYAT
696
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-08-2021 21:53





  [email protected]m

Valyuta.com

Рейтинг@Mail.ru