Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 İyun

2021
16:32
İranda ötən sutka koronavirusdan 144 nəfər ölüb

İranda ötən sutka ərzində 144 nəfər koronavirusdan (COVID-19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 83 473 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 11 734 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 3 140 129 nəfərə çatıb. Virus daşıyıcılarından 3 225 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 2 797 105 nəfər koronavirusdan sağalıb, 22,9 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə İranda 5,48 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4,41 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1,07 milyon təşkil edir.

Koronavirusa yoluxma üzrə 22 rayon qırmızı və 175 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 251 rayon sarı zona hesab olunur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda saxlanılan şəxs polis şöbəsindən qaçdı

04

Avqust
16:49
HÜQUQ,HADİSƏ
709

Prezident Təhsil Nazirliyinə 7 milyon ayırdı

04

Avqust
15:24
İQTİSADİYYAT
766

Müdafiə Nazirliyi məlumat yayıb

04

Avqust
14:57
HƏRB
685

“Azeri Light” nefti ucuzlaşıb

04

Avqust
11:12
İQTİSADİYYAT
857
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-08-2021 08:47





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru