Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 İyun

2021
15:55
XİN nazirlərin görüşü ilə bağlı məlumat yaydı

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana rəsmi səfəri çərçivəsində Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tileuberdi ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə iki ölkənin ikitərəfli və çoxtərəfli formatlarda səmərəli əməkdaşlığı, habelə regional təhlükəsizlik məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov iki xalq arasında tarixən mövcud olan ənənəvi dostluq, əməkdaşlıq, qarşılıqlı dəstək əlaqələrini qeyd edərək, möhkəm təməl üzərində qurulan Azərbaycan və Qazaxıstan münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini vurğulayıb.

Qazaxıstan Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tileuberdi qardaş Azərbaycana səfərdən məmnunluq ifadə edərək, dövlət başçısı ilə keçirilmiş görüşə və aparılmış hərtərəfli və məhsuldar fikir mübadiləsinə istinad etdi. İki ölkə arasında mövcud olan yüksək səviyyəli siyasi dialoqun əhəmiyyətini vurğulayıb.

Nazirlər iki ölkə arasında bir çox istiqamətlərdə, o cümlədən iqtisadi-ticarət, sərmayələr, nəqliyyat, tranzit, humanitar, mədəniyyət, turizm və digər sahələrdə ikitərəfli əməkdaşlıq münasibətləri və onların inkişaf perspektivlərini müzakirə ediblər. Pandemiya ilə əlaqədar məhdudiyyətlərin aradan qaldırılması ilə iqtisadi-ticarət əlaqələrində artımın əldə olunması üçün müvafiq addımların atılmasının, xüsusilə də ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsinin vacibliyi qeyd edilib.

Nazir Ceyhun Bayramov Qazax həmkarına bölgədəki münaqişə sonrası vəziyyət, onilliklər ərzində işğal altında saxlanılan ərazilərdə məqsədli törədilən dağıntılar, mina təhlükəsi, habelə azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri barədə məlumat verib.

Nazirlər, beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT, Türk Şurası, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və s. çərçivələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasını böyük uğur kimi dəyərləndirən tərəflər, bu xüusda yüksək səviyyəli işçi qrupları çərçivəsində müzakirələrin davam etdirilməsi və Konvensiyanın ratifikasiyasının vacibliyini qeyd ediblər.

Tərəflər arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Gələn il ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30 ilinin qeyd olunacağını diqqətə alaraq, Nazir Tileuberdi Azərbaycanlı həmkarını Qazaxıstana rəsmi səfərə dəvət edib.

Nazir Ceyhun Bayram həmkarının dəvətini məmnunluqla qəbul edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Məqalədə : XİN 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kəlbəcərdə atışma DAVAM EDİR

23

İyul
22:25
HƏRB
307

Sabaha olan hava proqnozu açıqlanıb

23

İyul
16:12
ÖLKƏ
348

Oyundan kənar qalan qüvvələr - TƏHLİL

23

İyul
15:48
MÜNASİBƏT
702

"Azərmarka" "Azərpoçt"a birləşdirilir

23

İyul
15:32
İQTİSADİYYAT
321

İranda qatar relsdən çıxaraq aşıb

23

İyul
14:47
DÜNYA
358

Tanınmış telejurnalist həkimi məhkəməyə verdi

23

İyul
14:34
HÜQUQ,HADİSƏ
373

Azərbaycan neftinin qiyməti 73 dolları keçib

23

İyul
14:17
İQTİSADİYYAT
335

Azərbaycan Rusiyadan 100 dəmiryol vaqonu alıb

23

İyul
11:45
İQTİSADİYYAT
533
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-07-2021 00:28





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru