Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 İyun

2021
18:56
Ərdoğanın Şuşa səfəri nələri dəyişəcək?

“Yaranacaq qıcıq hələ uzun bir dövr sülh sazişinin imzalanmasına imkan verməyəcək” - Akif Heydərli

Görünən budur ki, Türkiyə və Azərbaycan prezidentləri - Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin birgə Şuşa səfəri, səfər çərçivəsində iki dövlət arasında müttəfiqlik münasibətləri haqqında imzalanan Şuşa Bəyannaməsinin detalları, birgə yeni anlaşmalar bir müddət nəzərləri özünə cəlb edəcək. 

Siyasi şərhçilər bu səfərdə İkinci Qarabağ müharibəsinin nəticələrindən sonra yeni reallıqlarla üz-üzə qalan Ermənistana və  eyni zamanda bölgədə marağı olan  dairələrə, ümumən beynəlxalq aləmə mesajlar ötürüldüyünü vurğulayırlar.

“Faktxəbər” olaraq mövzuya bir daha nəzər salaraq, “Ərdoğanın Şuşa səfəri nələri dəyişəcək? Yekun qərarlar nədən xəbər verir” sualları ilə Azərbaycan İslam Partiyasının (AİP) funksioneri, politoloq Akif Heydərliyə müraciət etdik.

Müsahibin sözlərinə görə, Qarabağ problemi ilə bağlı bütün müzakirələrdə Türkiyənin müdaxiləsi vəziyyəti daha da gərginləşdirmiş, işğalçı tərəfin ciddi aqressiyasına səbəb olmuşdur. Azərbaycan ordusunun müzəffər qələbəsi Ermənistanın 30 illik işğalına və işğalçının bütün aqressiyalarına son qoymuşdur: “Hazırda isə bizi ən çox düşündürən və əlbəttə, milli və regional maraqlarımıza xidmət edəcək əsas məsələ əbədi sülh sazişini imzalamaq, uzun illər işğal altında xarabazara çevrilmiş ərazilərin abadlaşdırılması, rayonların bərpa olunması, infrastrukturun yaradılması və ümumən ölkənin iqtisadi inkişafında bölgənin təbii resurslarından istifadəni sürətləndirməkdir. Məlum olduğu kimi, konfliktin həllində Rusiyanın rolu danılmazdır. Baxmayaraq ki, Qərb ölkələri səmimi olaraq bununla razılaşa bilmir, hər vəchlə süni maneələr üçün bəhanələr axtarırlar. İngiltərənin, Fransanın, ən əsas da Amerikanın Cənubi Qafqaz regionunda geostrateji maraqlarının təmin olunması üçün müxtəlif cəhdlər göstərirlər. Vasitəçi ölkələr və şirkətlər bu maraqların reallaşmasında əsas rola malikdirlər. NATO üzvü olan Türkiyənin Azərbaycanla strateji əməkdaşlığı, xaraci ölkənin hərbi bazasının ərazidə yerləşdirilməsi məncə, Şimal Alyansana bağlı ölkələrin hərbi-siyasi maraqlarını ifadə etməyə bilməz. Əslində, Azərbaycanın işğalçı Ermənistan üzərində tarixi qələbəsində region dövlətlərinin ədalətli mövqeyi və Azərbaycanı birmənalı şəkildə dəstəkləməsi çox mühüm rol oynamış oldu”.

Politoloq dedi ki, Azərbaycan üçün tarixi bir gündə Şuşada iki ölkə - Azərbaycanla Türkiyə arasında imzalanan bəyannamə elə həmin sənəddə ifadə olunduğu kimi, altı region ölkələri arasında imzalanmalı idi. Bu toplantıya Ermənistanın dəvət olunması Ermənistan tərəfin iştirak edib etməməsindən asılı olmayaraq Azərbaycan və region dövlətləri üçün həm bir siyasi mövqe və münasibət, həm də gələcək addımlara aydın zəmin yaratmış olardı. Şuşada Ərdoğanla imzalanan bəyannamə regionda Rusiya ilə Qərbin mövqeyinin bölünməsi kimi göründü. Halbuki, İngiltərə, Fransa, eyni zamanda Amerika birmənalı olaraq həmişə Ermənistanı dəstəkləmiş, işğalın aradan qaldırılmasına heç bir real səy göstərməmişlər. Fikrimcə, bu səfərin Rusiya və Ermənistanda yaradacağı qıcıq hələ uzun bir dövr sülh sazişinin imzalanmasına imkan verməyəcək. Elə Qərbin, ABŞ-ın istəyi də bundan ibarətdir”.

Məqalədə : Ərdoğan Şuşa 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kəlbəcərdə atışma DAVAM EDİR

23

İyul
22:25
HƏRB
307

Sabaha olan hava proqnozu açıqlanıb

23

İyul
16:12
ÖLKƏ
348

Oyundan kənar qalan qüvvələr - TƏHLİL

23

İyul
15:48
MÜNASİBƏT
702

"Azərmarka" "Azərpoçt"a birləşdirilir

23

İyul
15:32
İQTİSADİYYAT
321

İranda qatar relsdən çıxaraq aşıb

23

İyul
14:47
DÜNYA
358

Tanınmış telejurnalist həkimi məhkəməyə verdi

23

İyul
14:34
HÜQUQ,HADİSƏ
373

Azərbaycan neftinin qiyməti 73 dolları keçib

23

İyul
14:17
İQTİSADİYYAT
335

Azərbaycan Rusiyadan 100 dəmiryol vaqonu alıb

23

İyul
11:45
İQTİSADİYYAT
533
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-07-2021 01:28





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru