Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 İyun

2021
10:41
Ayətullah Xamenei:`Ölkənin taleyi xalqın seçkilərdə iştirakından asılıdır`

İranın Ali Lideri Ayətullah Seyyid Əli Xamenei İmam Rizanın mövludu münasibətilə xalqı təbrik edərək, ölkədə sabah keçiriləcək prezident seçkilərilə bağlı çıxış edib. 

Bu barədə Fars News agentliyi məlumat yayıb. 

Ali Lider xalqa müraciətində buyurub: "Ölkənin taleyi təkcə bir zaman kəsiyində deyil, iqtisadi, təhlükəsizlik, səhiyyə də daxil olmaqla bütün sahələrdə, inşallah, xalqın cümə günü edəcəyindən asılıdır". Öz iştirakınız və səsinizlə ölkənin taleyini həll edirsir. Xalqın cümə günü edəcəyi böyük iş, birincisi, iştirak prinsipini reallaşdırmaq, ikincisi isə iştirak və seçimin növü olacaqdır. Bu məsələdə ən yaxşı şəkildə əməl etməyimiz üçün Allahın İran xalqının ürəklərini yönəldəcəyinə ümid edirik". 

Həmçinin seçkilərin əhəmmiyyətinə təkid edən Ayətullah Xamenei vurğulayıb: "Əsas İran İslam Respublikasında xalqın iştirakının fəlsəfəsidir. Yəni respublika bir hissə, İslam isə digər bir hissədir. Respublika olmadığı təqdirdə İslam Respublikası da reallaşmayacaq".

Dünyanın güc mərkəzlərinin İranda seçkilərə qarşı olduqlarına işarə edən Ali Lider deyib: "Onilliklər ərzində onlar seçkilərin əzəmətini gizlətmək məqsədilə bütün siyasi və media vasitələrini insanların düşüncəsini məhv etmək və bacardıqları qədər seçkilərdə müdaxilə etmək üçün səfərbər ediblər. Düşmənin məqsədi bu seçkilərin İslam Respublikasının arzu etdiyi şəkildə keçirilməsinə mane olmaqdır. Çünki insanların seçkilərdə iştirak etməməsi, təbii ki, onların İslam Respublikası quruluşundan uzaqlaşması deməkdir. Düşmənin istəyi də budur".

Sonda Ayətullah Xamenei qeyd edib: "Xalq seçkilərdə, yürüşlərdə  və digər məsələlərdə düşmənin istədiklərinin əksini edib. Bu dəfə də, Allahın lütfü ilə, belə olacaq. İnsanlar, inşallah, seçkilərdə iştirak edərək, İslam Respublikasına şərəf verəcəklər".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kəlbəcərdə atışma DAVAM EDİR

23

İyul
22:25
HƏRB
307

Sabaha olan hava proqnozu açıqlanıb

23

İyul
16:12
ÖLKƏ
348

Oyundan kənar qalan qüvvələr - TƏHLİL

23

İyul
15:48
MÜNASİBƏT
702

"Azərmarka" "Azərpoçt"a birləşdirilir

23

İyul
15:32
İQTİSADİYYAT
321

İranda qatar relsdən çıxaraq aşıb

23

İyul
14:47
DÜNYA
358

Tanınmış telejurnalist həkimi məhkəməyə verdi

23

İyul
14:34
HÜQUQ,HADİSƏ
373

Azərbaycan neftinin qiyməti 73 dolları keçib

23

İyul
14:17
İQTİSADİYYAT
335

Azərbaycan Rusiyadan 100 dəmiryol vaqonu alıb

23

İyul
11:45
İQTİSADİYYAT
533
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-07-2021 00:27





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru