Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 İyun

2021
09:44
İranda Möhsin Mehrəlizadə prezidentliyə namizədliyini geri götürdü

İran İslam Respublikasında islahatçılar düşərgəsindən prezidentliyə namizəd Möhsin Mehrəlizadə namizədliyini geri götürüb.

Mehr agentliyi xəbər verir ki, bunu Mehrəlizadənin sözçüsü Əli Reza Tacerniya bildirib. 

Onun sözlərinə görə, naizədin qərarı ilə bağlı Daxili İşlər Nazirliyinə məktub göndərilib. 

Həmçinin Tacerniya vurğulayıb ki, Möhsin Mehrəlizadən yaxın saatlarda rəsmi bəyanatla geri çəkilməsinin səbəblərini açıqlayacaq.

Qeyd edək ki, bundan əvvəl İranın İslahatçılar düşərgəsi iclas keçirib. İclasda islahatçılar iyunun 18-də keçiriləcək prezident seçkilərində düşrəgəni təmsil edəcək namizədin olmayacağı və mövcud namizədlərdən heç birini dəstəkləməyəcəklərini bildiriblər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda güclü külək əsəcək

27

İyul
13:25
ÖLKƏ
587

ARDNF-in aktivləri 44 milyard dolları keçib

27

İyul
12:55
İQTİSADİYYAT
520
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-07-2021 09:14





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru