Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 İyun

2021
09:23
Bu gün 23 mindən çox 9-cu sinif şagirdi imtahan verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçiriləcək.

DİM-dən verilən məlumata görə, Bakı şəhərinin Yasamal, Xəzər, Xətai, həmçinin Göygöl, Tovuz, Gədəbəy, Oğuz, Masallı (2-ci hissə), Beyləqan, Göyçay, Xaçmaz (2-ci hissə), Salyan rayonlarında keçiriləcək imtahanlarda 23920 şagirdin iştirak edəcəyi gözlənilir.

İmtahanlar saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Xatırladaq ki, 16-17 iyun tarixlərində keçiriləcək buraxılış imtahanlarına ümumilikdə 225 imtahan binası, 3600 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 225 ümumi imtahan rəhbəri, 600 imtahan rəhbəri, 4524 nəzarətçi-müəllim, 450 buraxılışı rejimi əməkdaşı (mühafizə), 225 bina nümayəndəsi ayrılıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kəlbəcərdə atışma DAVAM EDİR

23

İyul
22:25
HƏRB
302

Sabaha olan hava proqnozu açıqlanıb

23

İyul
16:12
ÖLKƏ
343

Oyundan kənar qalan qüvvələr - TƏHLİL

23

İyul
15:48
MÜNASİBƏT
696

"Azərmarka" "Azərpoçt"a birləşdirilir

23

İyul
15:32
İQTİSADİYYAT
316

İranda qatar relsdən çıxaraq aşıb

23

İyul
14:47
DÜNYA
353

Tanınmış telejurnalist həkimi məhkəməyə verdi

23

İyul
14:34
HÜQUQ,HADİSƏ
367

Azərbaycan neftinin qiyməti 73 dolları keçib

23

İyul
14:17
İQTİSADİYYAT
330

Azərbaycan Rusiyadan 100 dəmiryol vaqonu alıb

23

İyul
11:45
İQTİSADİYYAT
528
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-07-2021 23:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru