Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 İyun

2021
09:40
AVRO-2020: Niderland Ukraynaya qalib gəlib

AVRO-2020-də üçüncü oyun günü başa çatıb.

Günün son matçı Amsterdamda keçirilib.

C qrupunda ilk matçına çıxan Niderland yığması öz meydanında Ukrayna ilə görüşüb. Matçın ilk yarısı

Frank de Burun yetirmələrinin üstünlüyü ilə keçib. Amma həm “narıncılar”, həm də Andrey Şevçenko yetirmələri rəqib qapısı önündə təhlükəli vəziyyətlər yaradıb. Buna baxmayaraq, komandalardan heç biri qol sevinci yaşamayıb.

Matçdakı bütün qollar ikinci hissədə vurulub. Topa daha çox nəzarət edən niderlandlılar fasilədən az sonra iki qol vurub. Öncə Jorjinyo Veynaldum, ardınca Vaut Veqhorst fərqlənib. Bundan sonra bir neçə qol imkanını qaçıran meydan sahibləri rəqibin hücumları qarşısında aciz qalıb. Ukraynalılar Andrey Yarmolenko və Roman Yaremçukun qolları ilə hesabda tarazlıq yaradıb. Buraxılan qollardan sonra ruhdan düşməyən “Zanbaqlar ölkəsi” təmsilçisi Denzel Dumfris qolu ilə qələbə qazanıb – 3:2. Bu, çempionatın arxada qalan hissəsində ən məhsuldar oyun olub.

Qeyd edək ki, C qrupunda turun digər görüşündə Avstriya Şimali Makedoniyanı 3:1 hesabı ilə üstələyib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Neft yenidən bahalaşıb

05

Avqust
09:15
İQTİSADİYYAT
190

Bakıda saxlanılan şəxs polis şöbəsindən qaçdı

04

Avqust
16:49
HÜQUQ,HADİSƏ
800

Prezident Təhsil Nazirliyinə 7 milyon ayırdı

04

Avqust
15:24
İQTİSADİYYAT
806

Müdafiə Nazirliyi məlumat yayıb

04

Avqust
14:57
HƏRB
735

“Azeri Light” nefti ucuzlaşıb

04

Avqust
11:12
İQTİSADİYYAT
907
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-08-2021 09:53





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru