Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyun

2021
13:12
Bakıda hərəkəti məhdudlaşdırılan yollar açıqlandı

Bakının Ziya Bünyadov prospektindən 9-cu köndələn küçəsi ilə Xəlil Rza Ulutürk küçəsi istiqamətində və Ziya Bünyadov prospektindən Böyükşor bulvarı istiqamətində Xəlil Rza Ulutürk küçəsi ilə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Bunu APA-ya açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Qurum rəsmisi bildirib ki, sözügedən istiqamətlərdə hərəkətə qoyulan məhdudiyyətin məqsədi stadion istiqamətində hərəkətin təhlükəsizliyinin təmin edilməsidir. Vaqif Əsədov onu da qeyd edib ki, həmin yoldan yalnız aşağıda fotosu göstərilən xüsusi işarəsi olan avtomobillərin hərəkətinə icazə veriləcək.

"Bununla bağlı polisdən əlavə təşkilat komitəsinin nümayəndələri də Ziya Bünyadov prospektindən Olimpiya istiqamətinə aparan yollarda xidmət apararaq avtomobillərin şüşələrinə vurulan xüsusi işarələri yoxlayır və həmin nəqliyyat vasitələrinin buraxılmasını təmin edir", - deyə V. Əsədov bildirib.

O, bildirib ki, stadion istiqamətinə azarkeşlərin, iştirakçıların, oyunçuların və qonaqların hərəkəti yalnız xüsusi ayrılan ictimai nəqliyyat vasitələri ilə həyata keçiriləcək: "Əvvəlcədən də verdiyimiz məlumat əsasında paytaxtın Səməd Vurğun parkının qarşısı və "Qara Qarayev" metrosunun ətrafından hərəkət edən xüsusi ictimai nəqliyyat vasitəsi ilə tamaşaçıların daşıması həyata keçiriləcək.

Bundan başqa, azarkeşlər və iştirakçılar "Koroğlu" metro stansiyasından piyada olaraq Olimpiya stadionu istiqamətində sərbəst hərəkət edə biləcəklər. Həmçinin onu da vurğulayaq ki, oyunların təhlükəsizliyinin qorunması üçün polis gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və Olimpiya stadionu ilə ona bitişik ərazilər polis tərəfindən tam nəzarətə götürülüb".

Bölmə rəisi sürücülər və azarkeşlərə müraciət edərək qeyd olunan istiqamətlər üzrə şəxsi avtomobillərlə hərəkətin mümkünsüzlüyünü nəzərə alaraq yalnız müəyyən olunmuş istiqamətlərdə hərəkətə üstünlük verməyə çağırıb: "Ölkəmizdə baş tutan oyunların əhəmiyyətini nəzərə alaraq hər bir vətəndaşı polislə həmrəy olmağa səsləyirik. Vətəndaşlardan polis kimi deyil bir vətəndaş kimi xahiş edirik ki, hər hansı bir foto ya videonu çəkib paylaşarkən son dərəcə diqqətli olsunlar. Çalışaq ki, ölkəmizə gələn qonaqların yaddaşlarında gözəl xatirələr buraxaq".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda saxlanılan şəxs polis şöbəsindən qaçdı

04

Avqust
16:49
HÜQUQ,HADİSƏ
503

Prezident Təhsil Nazirliyinə 7 milyon ayırdı

04

Avqust
15:24
İQTİSADİYYAT
560

Müdafiə Nazirliyi məlumat yayıb

04

Avqust
14:57
HƏRB
490

“Azeri Light” nefti ucuzlaşıb

04

Avqust
11:12
İQTİSADİYYAT
696
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-08-2021 21:52





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru