Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyun

2021
12:40
Bazar günü 34 dərəcəyədək isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 13-də yarımadada havanın temperaturu gecə 19-23 isti, gündüz 25-30 isti, Bakıda gecə 20-22 isti, gündüz 27-29 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-75 faiz, gündüz 40-45 faiz olacaq.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək.

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 21-22 dərəcə isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 22-23 dərəcə isti olacaq.

İyunun 13-də Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

İyunun 13-də Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23 isti, gündüz 29-34 isti, dağlarda gecə 8-13 isti, gündüz 16-21 dərəcə isti olacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda saxlanılan şəxs polis şöbəsindən qaçdı

04

Avqust
16:49
HÜQUQ,HADİSƏ
528

Prezident Təhsil Nazirliyinə 7 milyon ayırdı

04

Avqust
15:24
İQTİSADİYYAT
595

Müdafiə Nazirliyi məlumat yayıb

04

Avqust
14:57
HƏRB
505

“Azeri Light” nefti ucuzlaşıb

04

Avqust
11:12
İQTİSADİYYAT
721
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-08-2021 23:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru