Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 İyun

2021
15:05
Şuşada üç məsciddə bərpa-təmir işləri aparılır

Heydər Əliyev Fondu Şuşada Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Saatlı məscidlərinin bərpa-təmir işlərini aparır.

Hər üç məscidin memarı Kərbəlayi Səfixan Qarabağidir və bu məscidlər ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır.

Ermənistanın Şuşanı işğalda saxladığı dövrdə bir çox tarixi-mədəni abidələrlə yanaşı, bu məscidlər də vandalizmə məruz qalıb. Belə ki, Yuxarı Gövhər Ağa məscidinin interyeri məhv edilib, minarələrinin dekoru zədələnib, örtükləri dağıdılıb. Məscidin birinci mərhələdə bərpası başa çatıb, ikinci mərhələ üzrə bərpa işləri aparılır. Bu mərhələdə məscidin daşları ilkin layihəyə uyğun dəyişdirilir. Məscidin ərazisindəki dağıdılmış mədrəsə də bərpa edilir.

İşğa dövründə dağıntıya məruz qalan Aşağı Gövhər Ağa məscidində isə xarici ekspertlərin iştirakı ilə qiymətləndirmə işləri aparılır.

Saatlı məhəlləsində yerləşən tarixi Saatlı məscidi Şuşa şəhəri Ermənistanın işğalı altında olan zamanı xarabalığa çevrilib, dağıntıya məruz qalıb. Ekspertlər hazırda Saatlı məscidində də mövcud vəziyyəti araşdırır.

Qiymətləndirmənin yekununa uyğun olaraq Aşağı Gövhər Ağa və Saatlı məscidlərində bərpa işləri aparılacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan ABŞ-a yeni səfir təyin edib

26

İyul
15:04
SİYASƏT
130

Sabahın hava proqnozu açıqlanıb

26

İyul
13:20
ÖLKƏ
127
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-07-2021 16:23





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru