Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 İyun

2021
14:25
Rusiya Azərbaycana aviareyslərin sayını artırır

İyunun 10-dan etibarən Rusiya Yunanıstan, Azərbaycan, Ermənistan, Qətər, Özbəkistan, Tacikistan, Misir, Serbiya, Belarus və Almaniyaya aviareyslərin sayını artırır.

Bu barədə Rusiyanın koronavirusla mübarizə üzrə Operativ Qərargahından bildirilib.

Bildirilib ki, iyunun 10-dan Belarusla Moskva-Minsk marşrutu üzrə uçuşların sayının qarşılıqlı əsasda 10-dək artırılması barədə qərar qəbul edilib. Həmçinin, iyunun 10-dan etibarən Moskva-Afina marşrutu üzrə uçuşların sayı həftədə iki dəfəyədək artırılacaq, Azərbaycan (Moskva-Bakı), Ermənistan (Moskva-İrəvan), Qətər (Moskva-Doha), Özbəkistan (Moskva-Daşkənd) və Tacikistana (Moskva-Düşənbə) əlavə reys yerinə yetiriləcək, Misir (Moskva-Qahirə) və Serbiyaya (Moskva-Belqrad) isə həftədə yeddi uçuş həyata keçiriləcək.

Bundan başqa, Moskva-Münhen aviareysi də bərpa olunacaq.

Xatırladaq ki, iyunun 14-dən etibarən "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Moskva (Domodedovo aeroportu) və əks istiqamətdə xüsusi reyslərin sayını 2-dən 3-dək artıracaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

29

İyul
12:38
MƏNƏVİYYAT
122

Azərbaycan nefti yenidən bahalaşıb

29

İyul
11:14
İQTİSADİYYAT
145

Neftin bahalaşması davam edir

29

İyul
10:47
İQTİSADİYYAT
221

ABŞ İraqa 17 min artefakt qaytaracaq

29

İyul
09:58
DÜNYA
285

Bu gün rekord sayda peyvənd vurulub

28

İyul
17:48
ÖLKƏ
342

Bayden: "Putin təhlükəlidir"

28

İyul
15:37
DÜNYA
377
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-07-2021 13:04





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru