Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 May

2021
16:54
Azərbaycanda məscidlər nə vaxt açılacaq? - QMİ-dən cavab

Azərbaycanda bir il yarımdır ki, dini ibadət yerləri və ziyarətgahların fəaliyyəti məhdudlaşdırılıb, kütləvi ibadətlər və tədbirlər dayandırılıb.

Buna səbəb pandemiya ilə əlaqədar ölkədə tətbiq olunan sərtləşdirilmiş karantin tədbirləridir.

Azərbaycanda koronavirusa yoluxanların sayında azalmanın müşahidə edilməsi karantin qaydalarının yumşaldılması ilə nəticələnib. Hətta TƏBİB rəsmiləri açıq havada maska qadağasının ləğv ediləcəyi və toylarla bağlı icazənin verilmə ehtimalının olduğunu açıqlayıb.

Mövcud vəziyyətdə Azərbaycanda fəaliyyətinə qadağa qoyulan məscidlər, ziyarətgahlar və digər ibadət ocaqlarının fəaliyyətini müəyyən şərtlərlə nə vaxt bərpa edəcəyi böyük maraqla gözlənilir. Bu məsələyə münasibət öyrənmək üçün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, “Məşhədi Dadaş” məscidində imam-camaatı Hacı Şahin Həsənliyə müraciət etdik.

QMİ rəsmisi bildirdi ki, məscidlərin açılması ilə bağlı məsələ son günlər gündəmdədir: "İnsanlar məscidlərin açılması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) müraciətlər ünvanlayırlar. QMİ də bu istiqamətdə müvafiq qurumlara müraciətlərini edib.

Yoluxma sayı azalarsa, məscidlərin fəaliyyətini bərpa etdirməsi məsələsi yaxın günlərdə həlli tapa bilər. Məscidlərdə sosial məsafənin qorunması, maskaların taxılması və digər qaydalara riayət olunmasına icma üzvləri nəzarət edə bilərlər. Hesab edirik ki, məscid icmaları bu işin öhdəsindən gələ bilər.

İndiki şəraitdə və müəyyən qaydaları gözləməklə məscidlərin fəaliyyətini bərpa etməsi mümkündür. Hər-halda məsələ müzakirə olunur, bu barədə qərar açıqlanan kimi ictimaiyyətə açıqlanacaq. QMİ müvafiq qərarın qəbul olunması üçün təşəbbüslərlə çıxış edir".(Baku.ws)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kəlbəcərdə atışma DAVAM EDİR

23

İyul
22:25
HƏRB
307

Sabaha olan hava proqnozu açıqlanıb

23

İyul
16:12
ÖLKƏ
348

Oyundan kənar qalan qüvvələr - TƏHLİL

23

İyul
15:48
MÜNASİBƏT
702

"Azərmarka" "Azərpoçt"a birləşdirilir

23

İyul
15:32
İQTİSADİYYAT
321

İranda qatar relsdən çıxaraq aşıb

23

İyul
14:47
DÜNYA
358

Tanınmış telejurnalist həkimi məhkəməyə verdi

23

İyul
14:34
HÜQUQ,HADİSƏ
373

Azərbaycan neftinin qiyməti 73 dolları keçib

23

İyul
14:17
İQTİSADİYYAT
335

Azərbaycan Rusiyadan 100 dəmiryol vaqonu alıb

23

İyul
11:45
İQTİSADİYYAT
533
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-07-2021 01:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru