Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 May

2021
16:43
Fotoları yayılan uşaqlar sığınacağa yerləşdirildi

Xırdalanda acınacaqlı vəziyyətdə yaşayan 4 uşaq artıq Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib. 

Bu barədə “Qafqazinfo”ya Abşeron rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Hafiz Mikayılov məlumat verib. 

Onun sözlərinə görə, artıq Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə, İcra Hakimiyyətinin nümayəndələri və polislərlə birgə həmin əraziyə baxış keçirilib və uşaqlar ərazidən təcrid olunub: “Onların antisanitariya şəraitində qalmasını məsləhət bilmədik. Doğrudur, onlar Abşeron sakinləri deyillər, dediklərinə görə, əslən Neftçala rayonundandırlar, Bakının Nəsimi rayonunda qeydiyyatdadırlar. Xırdalanda isə kirayədə qalırlar. Biz onların şəxsiyyətini araşdıracağıq. Ananın narkotik istifadəçisi olub-olmadığı yoxlanandan, müəyyən problemləri aradan qalxandan sonra ona şərait yaradılacaq. Sonra istəyərsə, uşaqlar geri qaytarıla bilər, istəməsə, uşaq evlərindən birinə yerləşdiriləcəklər”. 

H. Mikayılov həmçinin bildirib ki, qadının narkotik aludəçisi olduğu təsdiqlənsə, yəqin ki, uşaqlar ona verilməyəcək.

“Uşaqların anası normal adama bənzəyir. Sadəcə, bir qədər çətinlikləri olub. Biz onları aradan qaldırmağa çalışacağıq ki, ana uşaqlarını saxlamağa qadir olsun. Uşaqların anası ilə qeyri-rəsmi nikaha girmiş atası var. Onunla bağlı da araşdırma aparılacaq və yəqin ki, hüquqi sənədlər toplanacaq və məhkəmə qarşısında aliment məsələsi qaldırılacaq”, - İcra Hakimiyyətinin rəsmisi əlavə edib.

Qeyd edək ki, Xırdalanın “Bombey” adlandırılan məhəlləsində 4 uşağın acınacaqlı vəziyyətdə qalması ilə bağlı məlumat vermişdik. Uşaqların küçədə paltarsız gəzdikləri və təkbaşına yaşadıqları bildirilirdi. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kriştiano Ronaldodan yeni REKORD

19

İyun
13:59
DÜNYA
198

Ceyhun Bayramov Ermənistana səsləndi

19

İyun
13:45
SİYASƏT
180

DTX Şuşada əməliyyat keçirdi

19

İyun
12:58
ÖLKƏ
195

Azərbaycan nefti cüzi bahalaşıb

19

İyun
10:43
İQTİSADİYYAT
316

Bu il 15 minə yaxın şəxsə əlillik təyin edilib

18

İyun
14:57
İQTİSADİYYAT
355

Sabahın hava proqnozu AÇIQLANDI

18

İyun
14:13
ÖLKƏ
492
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2021 23:25





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru