Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 May

2021
16:02
Fələstin səfiri: `İsrail qanunsuz işğala son qoymadan davamlı sülhə nail olmaq mümkün deyil`

Beynəlxalq hüquq normalarına və BMT-nin müvafiq qətnamələrinə riayət etmədən münaqişə tərəfləri arasında hərtərəfli və davamlı sülhə nail olmaq mümkün deyil.

Bu fikirləri Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim Fələstin-İsrail münaqişəsinin yenidən kəskinləşməsini şərh edərkən bildirib.

“Fələstindən dəhşətli görüntülər alırıq, dünya ağrılı bir şəkildə təkrarlanan, ürəkparçalayıcı faciəyə və dəhşətli hadisələrə şahidlik edir”, – o deyib.

Səfirin sözlərinə görə, davam edən eskalasiyanın əsas səbəbi bəzən dünya mediasında və müəyyən dairələr tərəfindən təhrif edilir. Baş verənlər təhrif edilmiş bir halda HƏMAS-ın başlatdığı İsrail-HƏMAS müharibəsi kimi qələmə verilir.

Diplomat dünya güclərini, xüsusən də İsraili maddi və siyasi cəhətdən dəstəkləyən ABŞ-ı insan haqları ilə əlaqədar dünyaya təbliğ etdiyi ideyalara sadiq qalmağa çağırıb: “Çünki Fələstin xalqı və dünyanın digər hissəsi İsrailin özünümüdafiə hüququ barədə təkrar-təkrar bildirdiyi bayağı monoton fikirləri, eləcə də Fələstinlə bağlı bəzi çeynənmiş fikirləri eşitməkdən yorulub – sanki fələstinlilərin həyatı və ləyaqətləri daha az dəyər daşıyır, buna görə də onların özlərini müdafiə etmək hüquqları yoxdur”.

Səfir status-kvonun qeyri-sabit olduğunu vurğulayıb: “Fələstin xalqının hüququdur ki, paytaxtı Qüds olan öz müstəqil dövlətində ləyaqətlə yaşasın. Beynəlxalq hüquq normalarına və İsraili qanunsuz işğala son qoymağa çağıran müvafiq BMT qətnamələrinə riayət etmədən işğalçı dövlətlə işğal olunmuş dövlət arasında hərtərəfli və davamlı sülhə nail olmaq mümkün deyil”.

Diplomat qeyd edib ki, yalnız bu halda iki xalq müqəddəs torpaqlarda davamlı sülh və əmin-amanlıq içində yaşayacaq.(Report)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kriştiano Ronaldodan yeni REKORD

19

İyun
13:59
DÜNYA
193

Ceyhun Bayramov Ermənistana səsləndi

19

İyun
13:45
SİYASƏT
170

DTX Şuşada əməliyyat keçirdi

19

İyun
12:58
ÖLKƏ
190

Azərbaycan nefti cüzi bahalaşıb

19

İyun
10:43
İQTİSADİYYAT
296

Bu il 15 minə yaxın şəxsə əlillik təyin edilib

18

İyun
14:57
İQTİSADİYYAT
335

Sabahın hava proqnozu AÇIQLANDI

18

İyun
14:13
ÖLKƏ
477
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2021 22:32





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru