Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 May

2021
12:15
Təbrizdə parka Məhəmməd Füzulinin adı verildi

İranın Təbriz şəhərində yerləşən parka dahi Azərbaycan şairi Məhəmməd Füzulinin adı verilib.

​​​​​​​Bu barədə yerli mətbuat Təbriz şəhər Keçid və İctimai yerlərin adlandırılması Şurasının katibi Səid Hacızadəyə istinadən məlumat yayıb.

Onun səzlərinə görə, ötən gün keçirilən iclasda Təbrizin 3-cü bölgə bələdiyyəsinin təklifi ilə şəhərin Ümid səfiri qəsəbəsində yerləşən parka Məhəmməd Füzulinin adının verilməsi dahi şairin ədəbi mövqeyinin qorunması məqsədini daşıyır.

Məhəmməd Füzuli görkəmli orta əsr Azərbaycan şairi və mütəfəkkiridir. Azərbaycan-Türk ədəbiyyatı tarixində divan janrının ən möhtəşəm nümayəndələrindən biri kimi tanınmaqdadır. Bir çox təzkirələrdə Bağdadi təxəllüsü ilə anılır. Ancaq şairin Bağdadda deyil, onun yaxınlığındakı məşhur Kərbəla şəhərində 1494-cü ildə doğulduğu məlumdur.

Məhəmməd Füzuli qəməri tarixlə 963-cü, miladi təqvimlə 1556-cı ildə Kərbəlada taun xəstəliyindən vəfat edib, orada da dəfn olunub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Birinci siniflərə məktəb seçimi başlayıb

24

İyun
11:52
ELM / TƏHSİL
70

Azərbaycan neftinin qiyməti 77 dollara yaxınlaşır

24

İyun
10:47
İQTİSADİYYAT
200

Bakıda 40-a yaxın məktəbin direktoru yoxdur

24

İyun
10:12
ELM / TƏHSİL
827

Neftin qiyməti artıb

24

İyun
09:24
İQTİSADİYYAT
928

AMB-nin valyuta məzənnələri

24

İyun
09:13
İQTİSADİYYAT
842

Sabah Bakıda 40 dərəcə isti olacaq

23

İyun
13:34
ÖLKƏ
922
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2021 12:15





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru