Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 May

2021
13:08
`BACI DÖVLƏTLƏR` ÖZ AMPULASINDA

“Onlar hərbi əməliyyatların yenidən alovlandırılmasi işinə xidmət edirlər” 

Elşən Manafov: “Məğlubiyyətin şokunu yaşayan Paşinyan iqtidarı anlayır ki, nəqliyyat-kommunikasiya xətlərinin açılmasına razılıq versə, seçkilər ərəfəsində erməni müxalifəti onu bir daha xalqa xəyanətdə günahlandıracaq, təslimçi siyasətin həyata keçirilməsində ittiham edəcək”

Terrorçuluğu sürdürməkdə davam edən ermənilər, 30 il ərzində Azərbaycanın minalanmış ərazilərinin xəritəsini verməkdən boyun qaçırmaqla bir daha xislətlərini ortaya qoyurlar. Ermənistanın bu qanlı, qaranlıq siyasəti azad olunan torpaqlarda tikinti-bərpa işləri görməyə, yurd həsrəti çəkən insanların bu ərazilərə ayaq basmasına ciddi əngəl yaradır. Beynəlxalq humanitar qanunlara və bəşəri qaydalara zidd olduğuna baxmayaraq, Ermənistan tərəfi hələ də Azərbaycanın mülki əhalisini, hərbçilərini hansısa yolla qətl edir. 

Ekspertlər hesab edir ki, təhlükənin həllinin bir yolu var: o da mina xəritələrini verməsi üçün Ermənistanı məcbur etməkdir. Amma “ədalətli” Avropa Birliyindən ABŞ-a qədər Ermənistana heç bir təzyiqin göstərilməməsi göz önündədir. Rusiya isə sadəcə ümid edir ki, “minalarla bağlı məsələlər mümkün qədər operativ şəkildə və ilkin şərtlər olmadan həllini tapacaq”.

Mövzu haqda Faktxəbər-ə danışan politoloq Elşən Manafov hesab etdiyini bildirdi ki, Azərbaycan Ermənistanla heç bir parametrlərinə görə müqayisəyə gələcək dövlət deyil: “Bunu 44 günlük savaşda əldə etdiyimiz möhtəşəm hərbi qələbə də təsdiq etdi. Digər tərəfdən, Cənubi Qafqazda ÜDM-in 75%-i Azərbaycanın payına düşür, bölgə ilə bağlı heç bir geosiyasi və ya geoiqtisadi layihələri Azərbaycanla razılaşdırmadan həyata keçirmək mümkün deyil. Azərbaycan kifayət qədər müstəqil siyasət yeritməyə çalışır, iqtisadiyyatının 60%-i Rusiyadan asılı olan, üstəlik, ərazisində Rusiya hərbi bazası olan Ermənistan barədə bunu demək qeyri-mümkündür. Azərbaycan siyasi baxımdan dayanıqlı olduğu halda, müharibədəki məğlubiyyət Ermənistanda siyasi qüvvələr arasında balansı pozub, orada növbədənkənar parlament seçkilərinin keçirilməsi zərurətini doğurub. Bu ölkə ilə təhdid və təzyiq dili ilə danışmaq mümkündür, çoxvektorlu, xarici siyasət yeridən, özünün milli təhlükəsizlik maraqlarını qoruyan Azərbaycan isə bərabərhüquqlu və qarşılıqlı maraqlara söykənən siyasətini bölgə ilə bağlı geosiyasi reallıqları nəzərə almaqla müvəffəqiyyətlə həyata keçirir”.

Politoloq Azərbaycanın Ermənistandan fərqli olaraq Moskva razılaşmasının şərtlərinin həyata keçirilməsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyini vurğuladı: “Ermənistan isə qeyri-konstruktiv mövqe sərgiləyir və əlbəttə, bu, səbəbsiz deyil. Müharibədəki məğlubiyyətin şokunu yaşayan Paşinyan iqtidarı gözəl anlayır ki, nəqliyyat-kommunikasiya xətlərinin açılmasına razılıq versə, seçkilər ərəfəsində erməni müxalifəti onu bir daha xalqa xəyanətdə günahlandıracaq və təslimçi siyasətin həyata keçirilməsində ittiham edəcək. Rusiyaya gəlincə, o, öz siyasi, hərbi müttəfiqinin tam mənada sarsılmasına yol vermək istəmir. Buna görə də münaqişənin siyasi və hüquqi baxımdan həlli ilə bağlı məsələlərdən deyil, nəqliyyat-kommunikasiya xətlərinin açılmasından daha çox danışır. Çunki bu halda Rusiya Azərbaycan ərazisi ilə Ermənistanla birbaşa nəqliyyat, o cümlədən dəmiryol xətlərinin açılmasına nail olacaq. Gürcüstanla münasibətlərdəki müəyyən problemlərə görə şimal qonşumuzun bu ölkə üzərindən Ermənistana gedən nəqliyyat-kommunikasiya yolları həmişə rentabelli deyil”. 

Qeyd edək ki, özünü “məzlum və zavallı xalq” timsalında aparan ermənilər yalanlarını dünyaya yeridərək, Azərbaycanın sülh prosesini pozduğunu, ordumuzun guya Ermənistan ərazisinin içərisinə daxil olduğunu iddia edirlər. Bu məsələyə münasibətdə E.Manafov dedi ki, mövcud mövqe bölgədəki vəziyyəti gərginləşdirməyə xidmət edir.

Müsahibin fikrincə, Azərbaycanla münasibətlərdə strateji tərəfdaşlıq maraqlarında olan rəsmi Moskva açıqlamalarında heç də səmimi təsir bağışlamır: “Xüsusilə də Rusiya sülhməramlılarının hərəkətləri bir sıra hallarda qanunvericiliyin tələblərindən kənara çıxır ki, bu da Azərbaycan ictimaiyyətində haqlı narazılıq doğurur. Hazırda Zəngəzur ətrafında sərhəd demarkasiya problemlərinin həlli istiqamətində  Azərbaycan tərəfinin qəbul etdiyi qərarlara münasibətdə Qərbin, xüsusilə Fransanın sərgilədiyi mövqe isə suallar doğurmaya bilmir. Fransa prezidenti Makronun məsələ haqda mövqeyi ya onun məlumatsızlığından, ya da açıq-aşkar tərəf tutmasından irəli gəlir. Belə münasibət qətiyyən yolverilməzdir, ən azı ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri olaraq Fransa, bitərəfliyini qoruyub saxlamalı, Azərbaycanın Moskva razılaşması çərçəvəsində qeyri-qanuni hərəkətlərə yol vermədiyinin mahiyyətinə varmalıdır. Fransa isə özünü həmişəki kimi Ermənistanla “bacı dövlət” kimi aparır. Və beləliklə, Ermənistandakı qatı millətçi dairələrin dəyirmanına su tökməklə münaqişənin siyasi həllinə deyil, əksinə, hərbi əməliyyatların yenidən alovlandırılmasi işinə xidmət etmiş olur. Hərçənd Vətən müharibəsində Ermənistan ordusunun tar-mar olunması, ölkədə iqtisadi tənəzzül, siyasi böhranın dərinləşməsi şübhə doğurmur”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ABŞ Husilərin legitimliyini tanıdı

25

İyun
10:25
DÜNYA
315

Neftin bahalaşması davam edir

25

İyun
09:25
İQTİSADİYYAT
700

AMB-nin valyuta məzənnələri

25

İyun
09:14
İQTİSADİYYAT
725
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2021 13:15





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru