Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 May

2021
10:12
İranda yeni super kompüterin təqdimatı olub

İranın Əmir Kəbir Sənaye Universitetində yarım teraflops gücünə (Flops kompüterlərin sürətini müəyyən edən ölçü vahidi) malik olan "Simorğ" super kompüteri istifadəyə verilib.

İran Rabitə və İnformasiya Texnologiyası üzrə Araşdırma Mərkəzinin direktoru Vəhid Yəzdaniyan "IRIB"ə müsahibəsində bildirib ki, yarım teroflops gücə malik olan bu super kompüter müxtəlif tədqiqat mərkəzləri və orqanlar üçün emal xidmətləri təqdim edir.

Onun sözlərinə görə, Əmir Kəbir Sənaye Universiteti on ildir ki, superkompüterlərin dizaynı və tətbiqi sahəsində uğurlu təcrübəyə malikdir.

Həmçinin Yəzdaniyan "Simorğ" superkompüterinin gücünün 30 günə kimi 1 petaflopsa çatacağını elan edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ABŞ Husilərin legitimliyini tanıdı

25

İyun
10:25
DÜNYA
325

Neftin bahalaşması davam edir

25

İyun
09:25
İQTİSADİYYAT
710

AMB-nin valyuta məzənnələri

25

İyun
09:14
İQTİSADİYYAT
735
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2021 14:28





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru