Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 May

2021
12:29
Vətən müharibəsi iştirakçısı vəfat etdi

Vətən müharibəsi iştirakçısı, Ağdaş rayonunun Qarağan Şıxlar kənd sakini, 1993-cü il təvəllüdlü Niyazi Gündüz oğlu İbrahimli mayın 14-də axşam saatlarında vəfat edib. 

Bu barədə Ağdaş rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Mahir Musayev məlumat verib. Qeyd edib ki, səhhətində problem olduğu üçün Bakı şəhərinə gətirilsə də, qazinin həyatını xilas etmək mümkün olmayıb.

Onun sözlərinə görə, 28 yaşlı qazi ötən ilin dekabrında ordudan tərxis olunub. Bir müddət əvvəl koronavirusa yoluxan qazinin qəfildən səhhəti pisləşib:

“N. İbrahimli tərxis olunandan sonra səhhəti ilə bağlı hər hansı şikayəti olmayıb. Bir müddət əvvəl koronavirusa yoluxub, sağalandan təxminən bir ay sonra halı qəfildən pisləşib, ürəyində problem yaranıb. Mingəçevir xəstəxanasına, oradan da göndərişlə Bakıya aparılıb. Lakin hələ hansı səbəbdən vəfat etməsilə bağlı məlumat verilməyib”.  

İcra hakimiyyəti rəsmisi bildirib ki, qazi dünən doğulduğu kənddə dəfn olunub. 

Xatırladaq ki, N. İbrahimli Vətən müharibəsi başlayan zaman könüllü olaraq ordu sıralarına qatılıb. Ailəli idi, bir övladı var. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti bir qədər də bahalaşıb

12

İyun
10:57
HÜQUQ,HADİSƏ
750

“Son zəng” hansı formada keçiriləcək?

11

İyun
16:52
ELM / TƏHSİL
882

Qəbul imtahanlarının tarixləri açıqlandı

11

İyun
15:33
ELM / TƏHSİL
796
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-06-2021 04:00





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru