Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 May

2021
12:18
DSMF-nin sabiq şöbə müdirinə cinayət işi açılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Şabran rayon şöbəsinin sabiq müdirinin qanunsuz əməllərinə dair cinayət işi məhkəməyə göndərilib.

Bu barədə  Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

DSMF-nin Şabran rayon şöbəsində 2017-2020-ci illər ərzində dövlət büdcəsindən ayrılan vəsaitlərin icrası vəziyyətinin yoxlanılması zamanı nöqsanların aşkar edilməsi faktı ilə bağlı həmin dövlət qurumundan daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) müvafiq maddələri ilə cinayət işi başlanılmaqla istintaq aparılıb.

Müəyyən edlilib ki, Fondun Şabran rayon şöbəsinin müdiri İlqar Rzayev işlədiyi müddətdə həmin şöbənin mühasibat uçotu sektorunun müdiri Elvin Hüseynov və digər vəzifəli şəxsləri ilə birlikdə vətəndaşların müraciəti əsasında ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilməsi üçün əsaslar olduğu halda, vəzifə saxtarkarlığına yol verməklə dövlət büdcəsinə ümumilikdə 341 min manat ziyan vurublar.

Toplanan sübutlarla İlqar Rzayev, Elvin Hüseynov və digərlərinə CM-nin 179.3.2 (israf etmə külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda ), 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İstintaq zamanı vurulmuş maddi ziyanın 138 min manat olan hissəsinin ödənilməsi təmin edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti bir qədər də bahalaşıb

12

İyun
10:57
HÜQUQ,HADİSƏ
740

“Son zəng” hansı formada keçiriləcək?

11

İyun
16:52
ELM / TƏHSİL
872

Qəbul imtahanlarının tarixləri açıqlandı

11

İyun
15:33
ELM / TƏHSİL
791
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-06-2021 03:11





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru