Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 May

2021
13:45
Lavrovun Bakıya səfər planı açıqlandı

Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfər planı açıqlanıb.

10-11 may tarixlərində Sergey Lavrov Bakıya işgüzar səfər edəcək.

Səfər çərçərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüş və xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar aparılması planlaşdırılır.

“Rusiya tərəfi Azərbaycanla münasibətlərin bütün inkişaf spektri - siyasət, iqtisadiyyat, mədəni-humanitar sahələrdə açıq və qarşılıqlı dialoqu davam etdirməyə sadiqdir. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının hərtərəfli həyata keçirilməsinə xüsusi diqqət yetiriləcək.

Dağlıq Qarabağdakı vəziyyətə, Dağlıq Qarabağ nizamlanmasının humanitar aspektlərinə, münaqişədən sonrakı yenidənqurma və dinc həyatın qurulmasına dair məsələlərə baxılması planlaşdırılır.

Azərbaycan və Rusiya Xarici İşlər Nazirliklərinin rəhbərləri aparıcı regional və beynəlxalq birliklərin - MDB, BMT, ATƏT, Qoşulmama Hərəkatı, Avropa Şurası platformalarında qarşılıqlı əlaqələrin koordinasiyası məsələlərini də müzakirə edəcəklər”, - deyə açıqlamada qeyd olunub.(Qafqazinfo)

Məqalədə : Lavrov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti bir qədər də bahalaşıb

12

İyun
10:57
HÜQUQ,HADİSƏ
750

“Son zəng” hansı formada keçiriləcək?

11

İyun
16:52
ELM / TƏHSİL
882

Qəbul imtahanlarının tarixləri açıqlandı

11

İyun
15:33
ELM / TƏHSİL
796
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-06-2021 04:22





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru