Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 May

2021
09:54
Xalq artisti Arif Quliyev vəfat edib

Xalq artisti Arif Quliyev dünyasını dəyişib.

Bu barədə onun yaxınları sosial şəbəkələrdə bildiriblər.

Xatırladaq ki, Xalq artisti koronavirusa yoluxmuşdu. Onun ağ ciyərinin 90 faizi zədələndiyi üçün bir neçə gün idi süni tənəffüs aparatına

Arif Quliyev 1950-ci il mayın 16-da anadan olub. 1965-ci ildə Bakı Mədəni Maarif Texnikumunun “Dram və kino aktyorluğu” fakültəsinə daxil olub. 1968-ci ildə texnikumu bitirib, Mingəçevir Dövlət Dram Teatrına təyinatla işləməyə göndərilib. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə daxil olub. 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət edilib, 1979-cu ildə İncəsənət İnstitutunu bitirib.

Arif Quliyev müxtəlif xarakterli obrazlar yaradıb. Teatr səhnəsində ifa etdiyi Şərbətəli (S.Dağlı, C.Cahangirov, “Təzə gəlin”), Salyanski (F.Əmirov, M.Əlizadə, “Gözün aydın”), Əli (M.Şamxalov, Z.Bağırov, “Qaynana”), Dursun (S.Rüstəmov, S.Rüstəmov, “Durna”), Mürsəl (S.Ələsgərov, S.Qədirzadə, “Gurultulu məhəbbət”), İbişov (Ş.Qurbanov, S.Ələsgərov, “Özümüz bilərik”), Dursunov (S.Rəhman, E.Sabitoğlu, “Hicran”), Tofiq (Ş.Axundova, N.Gəncəli, “Ev bizim, sirr bizim”), Hambal (Ü.Hacıbəyov, “Məşədi İbad”), Mirzəqulu (Hidayət, “Durnalar qayıdanda”), Səbzəli (M.Haqverdiyev, “Məhəbbət, şeytan və ağ ölüm”) kimi obrazlar komediya janrında yaratdığı uğurlu rollardan bir qismidir.

Yaradıcılığında Azərbaycan Televiziyası da geniş yer tutur. Onun “Şans”, “Bığ əhvalatı”, “Qayınana”, “Lift əhvalatı”, “Yarımştat”, “Evləri köndələn yar” və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini qazanıb. “Bəyin oğurlanması”, “Yaramaz”, “Bəxt üzüyü”, “O dünyadan salam”, “Qəm pəncərəsi”, “Mənim ağ şəhərim”, “Alma almaya bənzər”, “Ağ gəmi” bədii filmlərdəki obrazları yaradıcılıq potensialının zənginliyini ifadə edir.

1989-cu ildə Əməkdar artist fəxri adına, 1993-cü ildə isə “Humay” mükafatına layiq görülüb. 1993-cü ildə Musiqili Komediya Teatrından Milli Dram Teatrına dəvət olunub. Elə həmin il Xalq artisti fəxri adına layiq görülüb. 2006-cı ildə teatrdakı qazandığı uğurlara görə “Qızıl Dərviş”, 2012-ci ildə “Zirvə” mükafatına, 2014-cü ildə sənətkar medalına layiq görülüb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti bir qədər də bahalaşıb

12

İyun
10:57
HÜQUQ,HADİSƏ
745

“Son zəng” hansı formada keçiriləcək?

11

İyun
16:52
ELM / TƏHSİL
882

Qəbul imtahanlarının tarixləri açıqlandı

11

İyun
15:33
ELM / TƏHSİL
796
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-06-2021 03:58





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru