Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 May

2021
15:20
ABŞ İrana qarşı sanksiyaların ləğvi üçün şərtini açıqladı

Avstriya paytaxtı Vyana şəhərində 4+1 dövlətləri arasında nüvə sazişinə qayıtmaq və İrana qarşı sanksiyaların ləğvi ilə bağlı danışıqlar çərçivəsində yeni detallar üzə çıxıb.

Bu barədə PressTV telekanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, ABŞ tərəfi sanksiyaların müvəqqəti dayandırılması üçün İrandan yeni nəsil sentrifuqaların məhv edilməsini tələb edib.

İran tərəfi öz növbəsində qeyd eidb  ki, İR-4, İR-6, İR-8 və İR-9 sentrifuqa cihazlarının məhv edilməsi deyil, Beynəlxlaq Atom Enerjisi nümayəndələrinin nəzarətində qalması tələb edilə bilər.

PressTV əlavə edib ki, ABŞ-ın yersiz tələbi Vyanadakı danaşıqlar prosesini çıxılmaz vəziyyətə gətirə bilər. 

Qeyd edək ki, bundan əvvəl "Kan News" telekanalının israilli müxbiri Amixay Stein öz Tviter hesabında yazıb ki, ABŞ və Avropa İranı nüvə silahının düzəltməsindən azı bir il fasiləli olduğuna əmin olmaq istəyir. Ona görə də, rəsmi Tehrandan uranın zəngilləşdirməsinin azalması istiqamətdə fəal addımların atılması tələb edilib.

Məqalədə : ABŞ İran 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 43 dərəcə isti olacaq

24

İyun
12:52
ÖLKƏ
85

Birinci siniflərə məktəb seçimi başlayıb

24

İyun
11:52
ELM / TƏHSİL
120

Azərbaycan neftinin qiyməti 77 dollara yaxınlaşır

24

İyun
10:47
İQTİSADİYYAT
275

Bakıda 40-a yaxın məktəbin direktoru yoxdur

24

İyun
10:12
ELM / TƏHSİL
897

Neftin qiyməti artıb

24

İyun
09:24
İQTİSADİYYAT
958

AMB-nin valyuta məzənnələri

24

İyun
09:13
İQTİSADİYYAT
862
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2021 13:19





  [email protected]com

Valyuta.com

Рейтинг@Mail.ru