Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Aprel

2021
16:55
Akif Heydərli: “Perspektivlər vəd edən amillər önə çəkilməlidir`

“Yalnız bununla gələcək təhlükəsizliyimizi və stabilliyimizi təmin edə bilər, inkişafa doğru irəliləyərik” – Akif Heydərli

Azərbaycanın qapı qonşularına – İran, Rusiya, Türkiyəyə qarşı beynəlxalq siyasi arenada münasibət birmənalı deyil. Xüsusən də İrana və Rusiyaya qarşı böyük iqtisadi sanksiyalar, NATO və Qərb tərəfindən Türkiyənin tez-tez təhdid olunması göz önündədir. 

Və reallıq budur ki, qonşu ölkələrimiz arasında münasibətlərdə də zaman-zaman gərginlik yaranır, təhdid siyasəti yeridilir, hətta bir-birinə qarşı gizli planlar qurduqları barədə informasiyalar manşetə çıxır. 

Bu halda, 44 günlük zəfər müharibəsindən yeni çıxan və ciddi gərgin proseslərin getdiyi bir regionda yerləşən Azərbaycan necə davranmalıdır? Hansı təhdidlərə hazır olmalıdır? Siyasi və hərbi imkanlarını hansı dövlətlərlə dərinləşdirməlidir? 

Mövzuyla bağlı fikirlərini bölüşən Azərbaycan İslam Partiyasının (AİP) funksioneri, politoloq Akif Heydərli Azərbaycanın həqiqətən regionun ən həssas bölgələrindən biri olduğunu söylədi:

“Bundan başqa da ölkəmiz Ermənistan kimi sabit və müstəqil siyasəti olmayan, terror və işğalçılıqla öyünən, qonşu xalqlara qarşı tarix boyu şər, böhtan, təxribatçı ideologiya ilə yaşayan bir ölkə ilə qonşudur. Ən təhlükəlisi isə bu ölkədən və bütövlükdə erməni xalqından ayrı-ayrı qütblər zaman-zaman alət kimi istifadə edərək regionda işğallar, terror hərəkətləri, ciddi qarşıdurmalar və müharibə şəraiti yaradıblar. Azərbaycanın otuz ilə yaxın işğal altında qalan 20 faiz torpağının əsl sahibinə qaytarılmasına dünya birliyi hansısa həlledici təsir gücünə malik bir cəhd etmədiyi halda, amma 44 günlük zəfər müharibəsi ilə torpaqların azadlığı təmin edildikdə ölkəmizə qarşı hər cür təxribati addımlar atmağa hazır olduqlarını sübut etdilər. Həlledici məqam onu göstərdi ki, Azərbaycanın qələbəsini yenə də regionun aparıc dövlətləri olan qardaş Türkiyə və qardaş İran xalqları qədərincə dəstəklədilər, həmçinin bu haqq vuruşunda Rusiya və Gürcüstan sabit mövqe tutdu. İstər Fransa, istərsə də ABŞ və digər bir sıra Qərb dövlətləri Azərbaycanın qələbəsinə dözümsüzlük göstərməklə BMT tərəfindən ölkəmizə qarşı təxribatçılıq və sanksiya cəhdindən belə çəkinmədilər. Və həmişəki kimi ədalətsizlik nümayiş edərək, işğalçı Ermənistanın yanında dayandılar. Belə bir məqamı xalqımız və dövlətimiz heç zaman unutmamalıdır”. 

A.Heydərli də qeyd etdi ki, hazırkı şəraitdə ABŞ başda olmaqla Qərb dairələri Türkiyə, Rusiya və İranı təhdid edir, sanksiyalarla hədələyir:

“ABŞ prezidenti Co Baydenin Türkiyəyə qarşı gedərək qondarma erməni soyqırımını dilə gətirməsi, bu yalançı iddianı tanımaq qədər təhlükəli bir məqamdır. Biz onillərlə demişik: regionun sabitliyi və siyasi stabilliyi, iqtisadi inkişafı region ölkələrinin qarşılıqlı inam və qarşılıqlı etimadından, bütün istiqamətlərdə isti və səmimi münasibətlərindən asılıdır. Amma təəssüflər olsun ki, bəzən bu və ya digər qütblərlə, İslam dünyasına və müsəlmanlara qarşı qeyri-sağlam, düşmənçilik ehtirası ilə yaşayan ölkələrlə vacib olmayan maraqlar çərçivəsində yaradılmış yaxın, strateji münasibətlər perspektivdə heç də xoş məqamlar vəd etmir. ABŞ, Fransa və sionist İsrail rejimləri müsəlman dünyasını parçalamaqdan, zəiflətməkdən, onları ələbaxım etməkdən başqa bir məqsəd güdmürlər. Azərbaycan bu mənada Qərb üçün daha çox maraq kəsb etdiyinə görə ölkəmizə yaxınlaşmaq, qonşu qardaş dövlətlərlə yaxın münasibətlərimizə zərbə vurmaq istəkləri onların strateji gizlinliklərindən xəbər verir. Bütün hallarda xalqımız,  ölkəmiz yaxın qonşu dövlət və xalqlarla səmimi, isti qardaşlıq münasibətlərini qorumalı, daha geniş perspektivlər vəd edən amilləri önə çəkməlidir. Yalnız bununla həm də gələcək təhlükəsizliyimizi və stabilliyimizi təmin edə bilər, inkişafa döğru irəliləyərik”.

Məqalədə : Akif Heydərli AİP 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti bir qədər də bahalaşıb

12

İyun
10:57
HÜQUQ,HADİSƏ
410

“Son zəng” hansı formada keçiriləcək?

11

İyun
16:52
ELM / TƏHSİL
499

Qəbul imtahanlarının tarixləri açıqlandı

11

İyun
15:33
ELM / TƏHSİL
408
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-06-2021 17:33





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru