Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Aprel

2021
15:47
Slavyan Universitetinin şöbə müdiri haqda cinayət işi başlandı

Bəzi kütləvi informasiya vasitələrində Bakı Slavyan Universitetinin (BSU) Əlavə və qiyabi təhsil şöbəsinin müdiri Dürdanə Əliyevanın külli miqdarda təhsil haqqı məbləğlərini mənimsəməsinə və bunun da həmin təhsil ocağının tələbələrinin narazılığına səbəb olmasına dair məlumatlar yayılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindan verilən məlumata görə, Dürdanə Əliyevanın qeyd edilən qanunsuz əməlləri törətməsi barədə Bakı Slavyan Universitetinin tələbələrindən daxil olmuş çoxsaylı şikayətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılmaqla Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq  külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə intensiv istintaq tədbirləri aparılmaqla toplanmış sübutlara hüquqi qiymətin verilməsi və bu barədə ictimaiyyətin yaxın zamanda ətraflı məlumatlandırılması təmin ediləcək.

Məqalədə : Slavyan Universiteti 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 43 dərəcə isti olacaq

24

İyun
12:52
ÖLKƏ
90

Birinci siniflərə məktəb seçimi başlayıb

24

İyun
11:52
ELM / TƏHSİL
120

Azərbaycan neftinin qiyməti 77 dollara yaxınlaşır

24

İyun
10:47
İQTİSADİYYAT
280

Bakıda 40-a yaxın məktəbin direktoru yoxdur

24

İyun
10:12
ELM / TƏHSİL
897

Neftin qiyməti artıb

24

İyun
09:24
İQTİSADİYYAT
958

AMB-nin valyuta məzənnələri

24

İyun
09:13
İQTİSADİYYAT
862
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2021 13:28





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru