Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Aprel

2021
14:26
Ramazan ayında istiğfar və onun 6 mərhələsi

Tövbəni təxirə salmayın, çünki ölüm birdən-birə gəlir

İslam Peyğəmbəri Hz.Məhəmməd (s) belə buyurub: "Ramazan ayının başlanğıcı rəhmət, ortası bağışlama və sonu cəhənnəm alovundan qurtuluşdur."

Allah Təalanın bərəkət və rəhməti hər vaxt yer üzü əhalisinin üzərinə tökülməkdədir. Bizlər də təqva, nəfsin təzkiyəsi və əməllərlə öz bədənimizi bu ilahi bolluğa hazırlamalı və ondan lazım olan faydanı əldə etməliyik. Çünki bu ayda Allah Təalanın lütf və  köməyi bütün qulları üçündür və bunun üçün də onu rəhmət ayı deyə adlandırırlar.

İstiğfarın 5-ci dərəcəsi bədəndə haramdan meydana gəlmiş ətlərin yox olmasıdır

Allah Təalanın dərin rəhməti mövzusunda İmam Sadiqin (ə) belə buyurduğu nəql edilir: "Qiyamət qopduğu vaxt Allah Təala öz rəhmət süfrəsini açar. Belə ki, İblis də Allah Təalanın o sonsuz rəhmətinə tamah salar."

Bəli, bu mübarək günlərdə Allah Təaladan rəhmət və bağışlama diləməliyik, bu mövzu Quran ayələrində də ifadə edilməkdə və “Nəml” surəsinin 46-cı ayəsində belə buyurulmaqdadır: "(Saleh) dedi: “Ey mənim tayfam, nə üçün yaxşılıqdan öncə pisliyə və əzaba tələsirsiniz (tövbəni və imanı təxirə salırsınız)?! Nə üçün Allahdan bağışlanmağınızı diləmirsiniz ki, bəlkə sizə rəhm oluna?””

Nəticə etibarilə ifadə etmək lazımdır ki, namaz qılınması, zəkat verilməsi, Allah və Rəsuluna itaət və tövbə Allah Təalanın rəhmətinin səbəblərindəndir.

İstiğfar və bağışlanma istəmək, tövbə etmək və Allahın rəhmətinə sığınmaq və insanın elədiyi günahlardan peşman olması deməkdir. İnsanın öz tövbəsini həyata keçirməsi insanın Allah Təala qatına yaxınlaşmasına səbəb olmaqdadır. İnsan əgər Allah Təalanın bağışlanma və rəhmətindən ümidini kəsmiş və öz gələcəyinə istiqamətli ümidsiz olsaydı, əsla bağışlanma tələb etməz və buna müqabil hər gün günahları daha da artardı. İstiğfarın praktik istiqaməti olmalıdır. Çünki həqiqi istiğfar saleh əməlin keçmiş günahları kompensasiya etməli və mənfilikləri islah etməlidir.

Məsumlar belə buyurur: "İstiğfar yüksək mövqeyə sahib insanların bir dərəcəsidir və bunun 6 mərhələsi var. Birinci mərhələsi keçmişdən peşman olmaq, 2-ci mərhələ gələcəkdə günahı tərk etməyə qərar vermək, 3-cü mərhələ Allaha qovuşacağı günə qədər xalqın haqlarını qaytarmaq, 4-cü mərhələ tərk edilmiş fərzlərin kompensasiya edilməsi, 5-ci dərəcə isə bədəndə haramdan meydana gəlmiş ətlərin yox olması və 6-cı mərhələ isə günahın şirinliyini kompensasiya etmək məqsədi ilə itaətin çətinliyini bədənə daddırmaqdır.”

Bunun üçün günahların tərk edilməsinə lazımi əhəmiyyət verilməlidir. Allah elçisi bir hədisi şərifində belə buyurur: "Tövbəni təxirə salmayın. Çünki ölüm birdən-birə gəlir."

İnsanın inanc və etiqadlarının bir hissəsini qəlb və batinlə idrak edilməkdə və digər bir hissəsi isə dillə təsdiq edilməkdədir. Digər bir hissəsi isə saleh əməl və xarici işlərlə əlaqədardır.

Bu gün bəzilərinin bir sıra ifrat və təfritlərlə (etinasızlıq) din adından sui-stifadə etmələrinin əksinə olaraq din ideal və təxəyyül məcmuəsi deyil, əksinə, əməl mərhələsinə çatan etiqaddır. Bunun üçün Qurani-Kərim saleh əməli vurğulamaqda və "Əsr" surəsində bu mövzuyla əlaqədar belə buyurmaqdadır:

“And olsun əsr vaxtına (ya əsr namazına, ya İslamın zühur etdiyi və Quranın cəmiyyətə təqdim olunduğu əsrə, yaxud vəd olunmuş Mehdinin (ə.f). İlahi hökumətinin zühur dövrünə) ki, şübhəsiz, insan, (ömrünün azalması, puç olması və nəfsi istəklərinin və Şeytanın ona qalib gəlməsi baxımından) ziyan içindədir. Yalnız iman gətirib saleh əməllər edən, bir-birinə haqqı (sabit doğru əqidə və əməlləri) və (vəzifələri yerinə yetirməkdə) səbiri tövsiyə edənlərdən başqa."

Saleh əməllərdən bir başqası da orucdur. Oruc, ruhsuz və hissiyyatı olmayanlarda praktik təsirdən məhrum olub, aclıq və susuzluqdan başqa bir şey insana qalmır.

Məsuliyyət hissi, ictimai məsələlərdə əməkdaşlıq, başqa insanlara xidmət və möhtaclara kömək əli uzatmaq da saleh əməllərin digər nümunələrindən biridir.

Məqalədə : Ramazan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
181

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
259

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
564
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 02:20





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru